Saytımızı qiymətləndirin


 
 

Murad Musayev: "Yeni oyunçu almaq üçün hələ də şanslarımız var"
Tarix: 01-02-2022 | Saat: 21:59
Bölmə:Karusel / İdman | çapa göndər

Murad Musayev: Yeni oyunçu almaq üçün hələ də şanslarımız var

"Oyuna çox yaxşı başladıq, amma ilk hissədə meydanın mərkəzində çoxlu boşluq verdik və ikinci toplarda rəqibə uduzmağa başladıq".

Qarabaginfo.az-ın məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdiyi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

39 yaşlı mütəxəssis ikinci yarıda daha sıx oynadıqlarını bildirib: "Yaxşı qol vurduq. Bir neçə əla hücum təşkil etsək də, bunları qola çevirə bilmədik. İki komandanın ifasında maraqlı oyun oldu. İnanıram ki, azarkeşlər də razı qaldılar. Cavab oyunu öncəsi şanslar bərabərdir".

O, meydanda görülən işin keyfiyyətindən razı qaldığını söyləyib: "Futbolçulıar meydanda yaxşı təsir bağışladılıar. Təlim-məşq toplanışında iddialı rəqiblərlə qarşılaşdıq. Oyundan-oyuna artırırıq. Transfer pəncərəsinin bağlanmasına 1 həftə qalıb. İnanıram ki, yeni oyunçu almaq üçün hələ də şanslarımız var".



Xəbəri paylaş

1248 dəfə oxunub.

Digər xəbərlər