Saytımızı qiymətləndirin


 
 

Cəllad Qriqoryanın əmlakı da müsadirə edildi
Tarix: 19-01-2022 | Saat: 01:19
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanın qanunsuz əldə edilmiş əmlakın müsadirə edilməsi üzrə məhkəməsi keçmiş deputat, general-leytenant Manvel Qriqoryan, arvadı və övladlarının əmlakına həbs qoyub və bununla da prokurorluğun vəsatətini təmin edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, generalın arvadı və övladları iş üzrə materiallarla tanış olmaq üçün prokurorluğa çağırılıblar.

Prokurorluğun məlumatına görə, vərəsəlik hüququ ilə onlara məxsus əmlak müsadirə edilməlidir. Eyni zamanda, Baş Prokurorluq qeyd edib ki, ölüm faktı qanunsuz mənşəli əmlakın müsadirə olunmasını istisna etmir.

Xatırladaq ki, Qriqoryan mülki azərbaycanlılara qarşı qətliamlar həyata keçirməsi ilə tanınırdı. O, Azərbaycan Ordusunun erməni ordusuna divan tutduğunu gördü və “yardım üçün” gəldiyi Xankəndidə insult keçirərək, İrəvana qaytarıldı. 2020-ci ilin noyabrında İrəvanda da öldü.

 



Xəbəri paylaş

1314 dəfə oxunub.

Digər xəbərlər