Saytımızı qiymətləndirin


 
 

CAR-ın parlamenti yanır, bina uça bilər
Tarix: 02-01-2022 | Saat: 11:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

CAR-ın parlamenti yanır, bina uça bilər

Cənubi Afrika Respublikasının paytaxtı Keyptaun şəhərində yerləşən parlamentin binasında yanğın başlayıb.

Qarabaginfo.az xarici mətbuata istinadən xəbər verir ki, yanğını söndürmək üçün əraziyə əlavə qüvvələr cəlb edilib. Yanğının lokallaşdırılması mümkün deyil.

Şəhərin yanğınsöndürmə və xilasetmə xidmətinin rəhbəri Cermeyn Karels “News24” portalına bildirib ki, yanğın nəticəsində damdakı bitum da əriyir:

“Bu da vəziyyətin ciddiliyindən xəbər verir. Həmçinin binanın bəzi divarlarının çatladığı, uçma ehtimalının olduğu barədə məlumatlar var”.



Xəbəri paylaş

1271 dəfə oxunub.

Digər xəbərlər
27-11-2020, 10:40 Bakıda qətl törədilib