Saytımızı qiymətləndirin


 
 

"Qarabağ"ın futbolçusu İspaniyada xeyriyyə matçında iştirak edib - FOTO
Tarix: 27-12-2018 | Saat: 10:39
Bölmə:Karusel / İdman | çapa göndər

 

Miçel futzal oynayıb

 “Qarabağ” klubunun futbolçusu Miçel Madeyra vətəni İspaniyada xeyriyyə matçında iştirak edib.

"Qarabaginfo" “Report”a istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi doğulduğu Asturiya bölgəsində mərhum futbolçu Enrike de Kastro Qonsales Kininin xatirəsinə həsr olunmuş futzal oyununda meydana çıxıb.

Görüşdə “Real Ovyedo” və Xixon “Sportinq”inin sabiq futbolçuları forma geyiniblər. Oyunda sonra fikirlərini bölüşən Miçel bildirib ki, köhnə dost-tanışlarını görmək və ehtiyacı olanlara kömək etmək onun üçün xoşdur.

Qeyd edək ki, “Real Ovyedo”nun yetirməsi olan Miçel karyerası ərzində vətənində “Hetafe”, İngiltərənin “Birmingem”, Yunanıstanın AEK və İsrailin “Makkabi” (Hayfa) komandalarının da formasını geyinib. O, 2015-ci ilin yayından “Qarabağ”da çıxış edir. Kini isə Xixon "Sportinq"inin heyətində 5 dəfə İspaniya çempionatının ən yaxşı bombardiri olub. Veteran hücumçu bu ilin fevralında ürək tutmasından vəfat edib. 



Xəbəri paylaş

598 dəfə oxunub.

Digər xəbərlər