Saytımızı qiymətləndirin


 
 

Elektrik avtobusları idxal rüsumdan azad edildi
Tarix: 05-09-2025 | Saat: 23:24
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Elektrik avtobusları idxal rüsumdan azad edildi

 

"Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib.

Qarabaginfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb

Oturacaqsız, tutacaqsız və monitor quraşdırılmamış olan elektrik mühərriklə hərəkətə gətirilən avtobusların hər ədədi üçün 15 faiz idxal gömrük rüsumu müəyyənləşib.

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında da dəyişiklik edib. Qərara əsasən, İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə idxal olunan oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobuslar idxal gömrük rüsumuna cəlb olunmayacaq.

Bu Qərar 2025-ci il avqustun 1-dən tətbiq edilir və 2027-ci il 1 yanvar tarixinədək qüvvədədir.



Xəbəri paylaş

42 dəfə oxunub.

Digər xəbərlər