Saytımızı qiymətləndirin


 
 

Britaniya kəşfiyyatı: Mariupolun müdafiəsi bəzi Rusiya bölmələrini tükəndirib
Tarix: 25-04-2022 | Saat: 13:25
Bölmə:Karusel / Region | çapa göndər

 

Britaniya kəşfiyyatı: Mariupolun müdafiəsi bəzi Rusiya bölmələrini tükəndirib

Rusiya diqqətini Donbasın tam işğalına yönəltdikdən sonra bəzi sahələrdə kiçik irəliləyişlər əldə edib.

Qarabaginfo.az xəbər verir ki, Böyü Britaniya Müdafiə Nazirliyinin (MN) kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, kifayət qədər maddi-texniki və döyüş dəstəyi olmayan Rusiya hələ də əhəmiyyətli irəliləyişlər əldə edə bilməyib.

Məlumatda vurğulanıb ki, Rusiyanın Mariupolda Azovstal polad zavoduna hücum etmək əvəzinə onu mühasirəyə almaq qərarı bir çox Rusiya bölməsinin şəhərdə qalması anlamına gəlir və bu səbəblə həmin bölmələrin başqa döyüş bölgələrinə yerləşdirilməsi mümkün deyil.

Vurğulanıb ki, Ukraynanın Mariupolu müdafiəsi bir çox Rusiya bölmələrini tükəndirib və onların döyüş effektivliyini azaldıb.

Əlavə olunub ki, Rusiya MN ölən hərbi qulluqçuların ailələrinə təzminat ödənilməsinə mülki məmurlar deyil, hərbçilər tərəfindən nəzarət edilməsini təklif edib.

“Bu, çox güman ki, Rusiyanın itkilərin əsl miqyasını yerli əhalidən gizlətmək istəyini əks etdirir”- deyə Britaniya kəşfiyyatının məlumatında vurğulanıb.



Xəbəri paylaş

1265 dəfə oxunub.

Digər xəbərlər