Saytımızı qiymətləndirin


 
 

“Azəriqaz” Gəncədəki partlayışın səbəblərini araşdırır
Tarix: 20-11-2018 | Saat: 10:49
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında qeydə alınan partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur.

 

"Qarabaginfo" bununla bağlı  "Modern.az"-a açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, hazırda ərazidə araşdırma aparılır, “ilkin məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur. Hazırda axtarış-xilasetmə işləri aparılır. Aidiyyatı qurumlar hadisənin başvermə səbəblərini araşdırır”.

 

Qurum rəmisi deyib ki, səbəbləri məlum olduqda ictimaiyyətə məlumat veriləcək.

Sözügedən hadisə nəticəsində 1 nəfərin meytiti tapılıb, 1 nəfər yaralı dağıntılar altından çıxarılıb. Xilasetmə işləri davam etdirilir.

 



Xəbəri paylaş

562 dəfə oxunub.

Digər xəbərlər