Tarix: 15-03-2023 | Saat: 12:37
Bölmə:Karusel / Region | çapa göndər
Qarabaginfo.az xəbər verir ki, bunu Bakıda jurnalistlərə Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya bildirib.
Onun sözlərinə görə, bu ehtiyacı qarşılayacaq vasitə Orta nəqliyyat dəhlizidir.
"Çünki Orta dəhliz Şərqi, yəni Asiyanı və Qərbi, yeni Avropanı və həmin bu bölgələrdə olan iqtisadi sistemleri bir-birinə bağlayır. Eyni zamanda, əsas məsələ ondan ibarətdir ki, ticarət təchizatı zənciri kəsilməz qaydada işləsin və daha böyük səmərə versin. Ona görə də, bu dəhlizin beynəlxalq ticarət nəzərindən əhəmiyyətli olduqca böyükdür", - Kunio Mikuriya qeyd edib.
Onun sözlərinə görə, Orta dəhliz bilavasitə Qafqaz və Mərkəzi Asiya üçün böyük əhəmiyyət kəsb edir. Bu bölgələrin iqtisadi inkişaf və rifaha yetişməsi, investisiya qoyuluşu baxımından vacibdir.
Digər xəbərlər