Saytımızı qiymətləndirin


 
 

Baş nazirə dronla hücum: yaralılar var
Tarix: 07-11-2021 | Saat: 09:43
Bölmə:Karusel / Dünya | çapa göndər

Ötən gün axşam saatlarında İraqın baş naziri Mustafa əl-Kazımiyə içərisinə partlayıcı doldurulmuş pilotsuz uçan aparatla sui-qəsd olub. “Reuters” xəbər verir ki, baş nazirin Bağdadın möhkəmləndirilmiş Yaşıl zonasında yerləşən iqamətgahına endirilən zərbə nəticəsində əvvəlcə onun yaralandığı bildirilib. Lakin daha sonra İraq hökuməti baş nazirin salamat olduğunu, dron hücumu nəticəsində onun bir neçə mühafizəçisinin yaralandığını açıqlayıb.

İraq hökumətindəki iki mənbə agentliyə bildirib ki, baş nazirin iqamətgahında azı bir partlayış baş verib, amma Mustafa əl-Kazımi xəsarət almayıb. “Əl-Hadas” telekanalı baş nazirin 10 mühafizəçisinin yaralandığını, onun iqamətgahına maddi zərər dəydiyini xəbər verir.

 

Gücləndirilmiş mühafizə sisteminə malik olan Yaşıl zonada hökumət binaları və xarici ölkə səfirlikləri yerləşir. Orada yaşayan diplomatlar da partlayış və atəş səsi eşitdiklərini deyiblər. Hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays İraq baş nazirinə hücumu pisləyib və Vaşinqtonun bu hücumun araşdırılması üçün Bağdada kömək göstərməyə hazır olduğunu bildirib.

İraq təhlükəsizlik xidmətlərinin açıqlamasında deyilir ki, baş nazirin iqamətgahına partlayıcı doldurulmuş dronla hücum Mustafa əl-Kazımini öldürmək cəhdidir , lakin onu vaxtında təhlükəsiz yerə təxliyyə etmək mümkün olub.

virtualaz.org



Xəbəri paylaş

1223 dəfə oxunub.

Digər xəbərlər