
Prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibini qəbul edib
Tarix: 30-09-2017 | Saat: 14:13
Bölmə:Karusel | çapa göndər
772 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-09-2017 | Saat: 14:13
Bölmə:Karusel | çapa göndər
"Qarabaginfo" REPORT.AZ istinadən xəbər verir ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.
"Report" xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibələrin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə uğurla inkişaf etdiyini bildirdi, iqtisadi-ticarət əməkdaşlığının genişləndiyini, idxal-ixrac əməliyyatlarının yaxşı inkişaf dinamikasına malik olduğunu vurğuladı. Təhlükəsizlik sahəsində Azərbaycan ilə Rusiya arasında ənənəvi sıx əmədaşlığın mövcud olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, dünyada və regionumuzda təhdidlərin artdığı bir dövrdə ölkələrimizin yaxın təmasda olmasının önəmi artır və Nikolay Patruşevin ölkəmizə səfəri zamanı müzakirə edilən məsələlər bu baxımdan böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin ölkəmizə səfəri səmərəli nəticələr verəcək və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcək.
Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırdı. Nikolay Patruşev təhlükəsizlik sahəsində Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayaraq dedi: “Biz Sizinlə görüşdən çox məmnunuq, eləcə də Təhlükəsizlik Şurası xətti ilə əməkdaşlığımıza böyük önəm veririk və bu sahədə əlaqələr çox konskruktiv şəkildə inkişaf edir. Biz Azərbaycan tərəfi ilə dünyada meydana çıxan yeni təhdidlərin və bunlarla ikitərəfli qaydada mübarizənin yollarını müəyyənləşdiririk. Biz azərbaycanlı dostlarımıza çoxtərəfli səviyyədə keçirilən tədbirlərdə iştirakına görə minnətdarıq. Biz bunda maraqlıyıq”.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçsısı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarına və xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını və xoş arzularını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.
Xəbəri paylaş
Digər xəbərlər
30-09-2024, 21:05
Mənzil satmaq adı altında vətəndaşların pullarını ələ keçirməkdə ittiham olunan MTK rəhbərlərinin məhkəməsi keçirilib
2-02-2022, 15:49
Vaksinasiya ilə bağlı son vəziyyət
23-06-2026, 16:13
Lavrov: Alyaska görüşü Kiyevin silahlandırılması üçün vaxt qazanmaq məqsədilə təşkil olunmuşdu
1-11-2024, 12:56
“Dediklərinizin arxasında fakt yoxdur” - Parlamentdə gərginlik
5-08-2025, 13:56
Bu dəfə aliment verməyən ana cəzalandırıldı
1-06-2021, 09:36
Dünya bazarlarında təbii qaz bahalaşıb
22-10-2024, 13:01
Eldar Əzizov: Bəzi nöqsanlara yol verilib, yağışın fəsadları ilə bağlı aidiyyəti qurumlar vəziyyəti təhlil edəcək
18-04-2023, 11:44
Talıbovun general oğlu vətəndaşları oteldə qəbul edir
19-05-2025, 11:31
2024-cü ilin büdcəsi necə xərclənib? - Deputatlar toplaşır - EKSKLÜZİV
















