Saytımızı qiymətləndirin


 
 

"Suriya İnsan Haqları Müşahidəçiləri" təşkilatı: Erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşmək üçün Ermənistana aparılıb
Tarix: 01-10-2020 | Saat: 14:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Suriya İnsan Haqları Müşahidəçiləri" təşkilatı: Erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşmək üçün Ermənistana aparılıb

Erməni əsilli suriyalı döyüşçülər Suriyadan Ermənistana aparılıb.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə "Suriya İnsan Haqları Müşahidəçiləri" (Syrian Observatory Human Rights - SOHR) təşkilatı bildirib.

"Etibarlı mənbələr SOHR-ə bildiriblər ki, erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşlərdə istifadə üçün Ermənistan tərəfindən Ermənistana aparılıb", - deyə təşkilatın məlumatında qeyd edilir.

Təşkilat bəzi media mənbələrində 4000 suriyalı döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı xəbərlərə də münasibət bildirib.

"Çox etibarlı SOHR mənbələri Suriyadan 4000-ə yaxın döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı KİV-də yayılan xəbərlərin tamamilə yalan olduğunu təsdiqləyir", -  deyə “Suriya İnsan Haqları Müşahidəçiləri" təşkilatı vurğulayıb.



Xəbəri paylaş

402 dəfə oxunub.

Digər xəbərlər