"Fulya" filmində Azərbaycanın şəhid jurnalistləri yaddan çıxmayacaq, xatırlanacaq"
Tarix: 22-06-2021 | Saat: 10:12
Bölmə:Karusel / Multimedia | çapa göndər
1396 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 22-06-2021 | Saat: 10:12
Bölmə:Karusel / Multimedia | çapa göndər

""Fulya" filminin çəkilişlərini demək olar ki, artıq bitirmişik. Çəkilişlər Qarabağ bölgəsində, Ağdam, Şuşa, ermənilərin raket atəşinə tutduqları Gəncədə, Tərtərdə, Bərdədə və Bakıda baş tutub. Düşünürəm ki, gələn aydan filmin montajına başlayacağıq.Fulya xanım çəkilişlərdə müharibə vaxtı yaşadıqı acıları yenidən yaşadı, kövrəlirdi də, sentimental duyğulara da qapılırdı. Film Azərbaycan və türk dillərində nəzərdə tutulub, daha sonra digər dillərə də tərcümə olunacaq. Filmin təqdimatı da payız aylarında, təbii ki, İstanbulda, Bakı, Gəncə, Tərtərdə də ola bilər".

Bunu "Fulya" filminin rejissoru Tahir Tahiroviç Moderator.az-a açıqlamasında bildirib. O daha sonra "Fulya" filminin çəkilməsini birmənalı qarşılamayanlara da münasibətini bildirib.

"Hər kəs bir arqument gətirir. Düzdür, mən onların hər birinə normal formada, etik çərçivə daxilində cavab verirəm. Hərə bir söz deyir. Biri deyir ki, Fulya nə edib ki?! O biri deyir ki, niyə Fulyanı çəkirsən, Mətanəti çəkmirsən? Biri deyir ki, orada tək Fulya yox, biz də var idik. Bu insan xasiyyətidir. Mən tam əminliklə deyirəm, müsabiqədə bizim Fulya adlı ssenarimiz qalib gəlməsəydi, bir başqa azərbaycanlı jurnalist haqda, deyək ki, Gülnarə haqda yazılan ssenari qalib gəlsəydi deyəcəkdilər ki, Fulyanı qoyub, niyə Gülnarəni çəkirsiz? Bu filmin adı əslində leytmotiv, simvol olaraq "Fulya" seçilib. Ekran işi müharibə müddətində Azərbaycandat fəaliyyət göstərən xarici jurnalistlərə ithafdır. Təbii ki, filmdə Azərbaycanın şəhid jurnalistləri də yaddan çıxmayacaq, xatırlanacaq" deyə filmin rejissoru bildirib.

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2022, 21:34
SEPAH-ın polkovniki etiraz aksiyaları zamanı öldürülüb
25-03-2024, 15:02
Mətbuat Şurası Solovyovun “Crocus”dakı terrorla bağlı Azərbaycanı hədəfə almasını pisləyir
27-01-2022, 22:16
Videoya görə töhmət verilən müəllimdən ETİRAZ - VİDEO
7-12-2024, 09:25
S&P: Azərbaycan və Ermənistan arasında bir sıra mübahisəli məqamlar sülh razılaşmasını əngəlləyir
23-11-2021, 15:19
Kəlbəcərdə hərbi hissələr elektrik enerjisi ilə təmin edilib - VİDEO
30-04-2024, 11:17
Bu xanıma Naxçıvanda vəzifə verildi
2-06-2022, 06:31
ÜST: tütün istehsalına görə hər il 600 milyon ağac kəsilir
7-04-2021, 15:11
"İslam dini çoxlu elmi həqiqətlərin şərhini verir".

















