Saytımızı qiymətləndirin


 
 

ÜST pandemiya ilə bağlı beynəlxalq səyahətlərə qoyulan məhdudiyyətləri qaldırmağı tövsiyə edib
Tarix: 20-01-2022 | Saat: 07:36
Bölmə:Karusel / Dünya | çapa göndər

ÜST pandemiya ilə bağlı beynəlxalq səyahətlərə qoyulan məhdudiyyətləri qaldırmağı tövsiyə edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar Komitəsi pandemiya ilə əlaqədar beynəlxalq səyahətlərə qoyulan məhdudiyyətləri qaldırmağı və ya yüngülləşdirməyi tövsiyə edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə komitənin Cenevrədə yayılan bəyanatında vurğulanıb.

Bildirilib ki, nəqliyyat əlaqələrini qadağan etməklə koronavirusun omicron ştamının transsərhəd yayılmasının qarşısını almaq cəhdi səmərəsizdir.
Komitə hesab edir ki, ölkəyə giriş üçün yeganə vasitə və ya şərt kimi beynəlxalq səyahətlər üçün COVID-19-a qarşı peyvənd edilməsi barədə sənəd tələb edilməməlidir.

Eyni zamanda, komitə dünya ictimaiyyətini koronavirusun heyvanlardan insanlara və insanlardan heyvanlara keçməsi halları ilə bağlı “epidemioloji araşdırmalar aparmağa” çağırıb.

Qeyd edək ki, ÜST-ün Fövqəladə Hallar Komitəsi təşkilatın baş direktorunun tövsiyəsi əsasında 18 ekspert və 12 məsləhətçidən ibarət heyətlə üç aydan bir toplanır.



Xəbəri paylaş

1273 dəfə oxunub.

Digər xəbərlər