Ana Sayfa > Karusel / Multimedia > "Fulya" filmində Azərbaycanın şəhid jurnalistləri yaddan çıxmayacaq, xatırlanacaq"

"Fulya" filmində Azərbaycanın şəhid jurnalistləri yaddan çıxmayacaq, xatırlanacaq"


22-06-2021, 10:12. Yazar: Admin
""Fulya" filminin çəkilişlərini demək olar ki, artıq bitirmişik. Çəkilişlər Qarabağ bölgəsində, Ağdam, Şuşa, ermənilərin raket atəşinə tutduqları Gəncədə, Tərtərdə, Bərdədə və Bakıda baş tutub. Düşünürəm ki, gələn aydan filmin montajına başlayacağıq.Fulya xanım çəkilişlərdə müharibə vaxtı yaşadıqı acıları yenidən yaşadı, kövrəlirdi də, sentimental duyğulara da qapılırdı. Film Azərbaycan və türk dillərində nəzərdə tutulub, daha sonra digər dillərə də tərcümə olunacaq. Filmin təqdimatı da payız aylarında, təbii ki, İstanbulda, Bakı, Gəncə, Tərtərdə də ola bilər".
Bunu "Fulya" filminin rejissoru Tahir Tahiroviç Moderator.az-a açıqlamasında bildirib. O daha sonra "Fulya" filminin çəkilməsini birmənalı qarşılamayanlara da münasibətini bildirib.
"Hər kəs bir arqument gətirir. Düzdür, mən onların hər birinə normal formada, etik çərçivə daxilində cavab verirəm. Hərə bir söz deyir. Biri deyir ki, Fulya nə edib ki?!  O biri deyir ki, niyə Fulyanı çəkirsən, Mətanəti çəkmirsən? Biri deyir ki, orada tək Fulya yox, biz də var idik. Bu insan xasiyyətidir. Mən tam əminliklə deyirəm, müsabiqədə bizim Fulya adlı ssenarimiz qalib gəlməsəydi, bir başqa azərbaycanlı jurnalist haqda, deyək ki, Gülnarə haqda yazılan ssenari qalib gəlsəydi deyəcəkdilər ki, Fulyanı qoyub, niyə Gülnarəni çəkirsiz?  Bu filmin adı əslində leytmotiv, simvol olaraq "Fulya" seçilib. Ekran işi müharibə müddətində Azərbaycandat fəaliyyət göstərən xarici jurnalistlərə ithafdır. Təbii ki, filmdə Azərbaycanın şəhid jurnalistləri də yaddan çıxmayacaq, xatırlanacaq" deyə filmin rejissoru  bildirib.

Geri dön