Saytımızı qiymətləndirin


 
 

Dünyanın dini liderlərinin qurultayı gələn ilə təxirə salınıb
Tarix: 03-06-2021 | Saat: 14:12
Bölmə:Karusel / Siyasət | çapa göndər

title

Qazaxıstan hakimiyyəti Dünya və Ənənəvi dini liderlərin bu ilin iyun ayında keçirilməsi planlaşdırılan qurultayını 2022-ci ildə təşkil etmək niyyətindədir. Bu, koronavirusun yayılması səbəbilə respublikadakı epidemioloji vəziyyətlə bağlıdır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS-a Qazaxıstan parlamenti Senatının (Yuxarı Palata) mətbuat xidmətindən deyiblər.

“Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq, Dünya və Ənənəvi dini liderlərin VII Qurultayı 2022-ci ilə keçirilib. Növbəti qurultayın dəqiq tarixi qurultayın katibliyinin 2021-ci ilin IV rübündə keçirilməsi planlaşdırılan iclasında müəyyən ediləcək”, - mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, daha əvvəl Dünya və Ənənəvi dini liderlərin VII Qurultayının iyunun 15-16-da Nur-Sultan şəhərində keçirilməsi planlaşdırılmışdı. Mövzusu “Dini liderlər təhlükəsiz dünya tərəfdarıdır” olan Dünya və Ənənəvi dini liderlərin VI Qurultayı 2018-ci il oktyabrın 10-11-də Astana şəhərində keçirilib. Qurultayda 45 ölkədən 80-dən çox nümayəndə heyəti iştirak edib.(Qazet.az)



Xəbəri paylaş

313 dəfə oxunub.

Digər xəbərlər