Rusiya Ermənistan sərhədinin Laçın və Kəlbəcər hissəsinə öz qoşunlarını yerləşdirəcək?..
Tarix: 02-06-2021 | Saat: 13:03
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1408 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-06-2021 | Saat: 13:03
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Rusiya tərəfi Ermənistan ərazisində digər ölkə sülhməramlıların yerləşdirilməsindən narahatdır..."
“Paşinyanın Azərbaycanla sərhəddə beynəlxalq müşahidəçilər yerləşdirmək üçün ATƏT-in Minsk qrupuna təklifi Rusiyanı aktiv addımlar atmağa sövq etdi. Və Moskva güc tətbiq edərək vəziyyəti nəzarətə götürdü”.
Qarabaginfo.az xəbər verir ki, bunu qəsbkar Ermənistanın “Qraparak” qəzeti yazır.
“Rusiya tərəfi Ermənistan ərazisində digər ölkə sülhməramlıların yerləşdirilməsindən narahatdır. Xarici İşlər naziri Ayvazyanın istefasının da Müdafiə naziri Vaqarşak Arutyunyanın Moskvaya səfərindən sonra baş verməsi təsadüfi deyil. Müdafiə nazirinin Moskvada hansı təlimatları aldığı hələ dəqiq deyil. Lakin son günlərdə Geğarkunik sərhədlərində rus sülhməramlıları müşahidə edilib” –erməni nəşrindəki materialda daha sonra belə deyilir.
Zəruri şərh:
Xatırladaq ki, xəbərdə Rusiya hərbçilərinin bu günlərdə göründüyü “Geğarkunik sərhədləri” dedikdə söhbət Azərbaycanın qədim Basarkeçər mahalının indi “Kut” adlanan Kəlbəcərin Yuxarı Ayrım kəndi ilə həmsərhəd Zərgərkənd kəndi ərazisindən gedir. Onu da qeyd edək ki, dünən Ermənistanın baş naziri N.Paşinyanın Fransada səfərdə olduğu bir vaxtda Müdafiə naziri Vaqarşak Arutyunyan Rusiya FTX-nin Ermənistandakı sərhəd idarəsinin rəisi, general-leytenant Roman Qolubitski ilə görüşündə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, həmçinin sərhəd zonasının bəzi hissələrinin minalardan təmizlənməsi məsələlərini müzakirə ediblər. Görünür, Rusiya tezliklə ən azı, Azərbaycan Respublikasının Laçın və Kəlbəcər rayonları ilə sərhədə öz qoşunlarını yerləşdirməyə hazırlaşır...
(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
5-04-2022, 12:36
Erməni siyasi xadim: “Qarabağda vəziyyət gərgin olaraq qalır, heç bir dəyişiklik yoxdur”
20-07-2023, 10:21
Ağdam yolunda hazırlıq gedir, hücum edəcəklər
20-06-2023, 09:59
Zəngəzurda alternativ yolun tikintisi ilin sonunda bitəcək
13-10-2021, 13:05
“İsrail İranla qarşıdurmada Azərbaycanı dəstəkləyəcək” – BOÇAROV
19-02-2021, 16:41
“Moskva Ermənistana təzyiq etməlidir” - İqor Korotçenko
12-02-2022, 10:06
Sabah ali məktəblərə qəbul üzrə sınaq imtahanı keçiriləcək
11-07-2025, 16:49
Rusiya Polşanın Kalininqraddakı konsulluğunu bağlayır
21-09-2024, 20:53
Milli Məclisin yeni tərkibdə ilk iclasının tarixi məlum olub
6-03-2023, 11:59
“Bakı bu yola hərbi və gömrük postunu qoyacaq” –Rusiyalı politoloq Qarabağdakı təxribatdan danışdı

















