Saytımızı qiymətləndirin


 
 

“Bakı bu yola hərbi və gömrük postunu qoyacaq” –Rusiyalı politoloq Qarabağdakı təxribatdan danışdı
Tarix: 06-03-2023 | Saat: 11:59
Bölmə:Karusel / Region | çapa göndər

“Laçın yolunda ekoloqların postu Ermənistana Qarabağa silah göndərməyə imkan vermir. Ona görə, Ermənistan bu silahları başqa yolla daşımağa başlayıb. Üçtərəfli sazişə görə, Ermənistanın digər yoldan istifadə edə bilməz. Həmçinin Qarabağda öz hərbçilərini saxlaya bilməz”.
Qarabaginfo.a bildirir ki, bu sözləri Rusiyadan olan politoloq Sergey Markov dünənki silahlı qarşıdurmanı şərh edərkən bildirib.
Politoloq deyib ki, buna görə, Azərbaycan Ermənistandan silah gətirən avtomobili saxlayıb. Bu zaman atışma baş verib: “İndi çox guman ki, Azərbaycan bu yolda tam hərbi və gömrük postunu qoyacaq və silahlı qüvvələrini gücləndirəcək”. 
Markovun sözlərinə görə, Rusiya Azərbaycanı müdafiə edəcək: “Çünki Ermənistan Rusiyanın düşmənlərinə tərəf gedir.  İrəvan regiona Avropa İttifaqının hərbi-mülki misisyasının yerləşdirilməsinə nail olub. Bu 100 nəfərlik heyət faktiki NATO-dur. Onların yeganə məqsədi Rusiyanı sıxışdırmaqdır”.(Azpost.info)


Xəbəri paylaş

195 dəfə oxunub.

Digər xəbərlər