Saytımızı qiymətləndirin


 
 

Jurnalistlər Zəngilanda yerləşən Oxçuçay və Əhəng Dağını ziyarət edib
Tarix: 07-04-2021 | Saat: 22:26
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Jurnalistlər Zəngilanda yerləşən Oxçuçay və Əhəng Dağını ziyarət edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələrinin nümayəndələri işğaldan azad edilmiş Zəngilanda yerləşən Oxçuçay və Əhəng Dağını ziyarət edib.

Qarabaginfo.az APA-ya istinadən verir ki, jurnalistlər əraziyə baxış keçirib, burada erməni vandalizminin şahidi olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Mehman Nəbiyev bildirib ki, bu ilin üç ayı ərzində aparılan monitorinqlərə görə Oxçuçayda nikkelin, dəmirin və mis-molibdenin normadan dəfələrlə artıq olması aşkarlanıb: "Mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Oxçuçay Zəngilan rayonu əraisindən keçərək Araz çayına qovuşur. Bu çayın mənbəyində yerləşən Kacaran mis-molibden saflaşdırma kombinatının tullantıları, eyni zamanda, məişət çirkab suları təmizlənmədən Oxçuçaya axıdılır. Bu da həmin çayda ağır metalların normadan artıq olmasına səbəb olur. ETSN tərəfindən çaylarda aparılan montorinqlər göstərir ki, bu çayın çirklənməsi digər sərhəd çaylardan daha çoxdur. Yanvar, fevral, mart aylarında aparılan monitorinqlərə görə, bu çaylarda nikkelin miqdarının normadan 7 dəfə, dəmirin 4 dəfə, mis-molibdenin isə 2 dəfə artıq olduğu aşkarlanıb".

O bildirib ki,  martın əvvəllərində Oxçuçayın vizual olaraq da çox çirklənməsi qeydə alınıb: "Həmin günlərdə çay hövzəsində bioresusların, xüsusi ilə qiymətli növ olan farel balıqların kütləvi məhv olunması aşkarlanıb. Hazırda da çayın çirklənməsi davam edir. Qacaran və Qafan yataqlarının istehsal gücünün artırılması çayın dəfələrlə çirklənməsini artırıb. Belə transsərhəd çirklənmə hövzənin çirklənməsinə gətirib çıxarır ki, bu da çayın bioresusları və ekosisteminə ciddi təhdid yaradır".



Xəbəri paylaş

1381 dəfə oxunub.

Digər xəbərlər