Saytımızı qiymətləndirin


 
 

Rusiyalı politoloq: "Bu cür silah ötürmə cəhdlərinin qarşısı alınmalıdır"
Tarix: 06-04-2021 | Saat: 21:46
Bölmə:Karusel / Region | çapa göndər

 

Rusiyalı politoloq: Bu cür silah ötürmə cəhdlərinin qarşısı alınmalıdır
Aleksandr Perenciyev

“Buna qanunsuz silah dövriyyəsi deyilir. Qanunsuz yollarla silah göndərmə cəhdlərinin hər biri cinayətdir və buna görə günahkarlar məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfi buna diqqət yetirməlidir”.

Qarabaginfo.az xəbər verir ki, bunu  "Report"un Rusiya bürosuna politoloq və hərbi ekspert Aleksandr Perenciyev Rusiyadan Ermənistana qanunsuz hərbi texnika tədarükü cəhdinə münasibət bildirərkən deyib.

Ekspert bu kimi halları istənilən ölkənin milli təhlükəsizliyinə xələl gətirən kriminal iqtisadiyyat növü və cinayətkar fəaliyyət adlandırıb: “Bu cür silah ötürmə cəhdlərinin qarşısı alınmalı və bunlarla əlaqəli olanlar məsuliyyətə cəlb olunmalıdır”.

“Bu vəziyyətdə təkcə Rusiya Təhlükəsizlik Şurası tərəfindən yox, həm də Baş Prokurorluq tərəfindən hüquqi qiymət verilməsi tələb olunur. Əminəm ki, günahkarlar qanun qarşısında cavab verəcək”, - politoloq vurğulayıb.




120 dəfə oxunub.

Digər xəbərlər