Saytımızı qiymətləndirin


 
 

Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyulub - FOTO
Tarix: 27-10-2023 | Saat: 11:24
Bölmə:Karusel / Region | çapa göndər

Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyulub - FOTO

Gürcüstanın paytaxtı Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasimi keçirilir.

Qarabaginfo.az xəbər verir ki, mərasimdə Baş nazir Əli Əsədov, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, eləcə də hər iki ölkədən digər dövlət və hökumət rəsmiləri, gürcü və azərbaycanlı ictimai xadimlər, iş adamları, media nümayəndələri iştirak edir.

Layihəyə əsasən, mövcud torpaq sahəsində tikildiyi zaman teatrın ümumi ərazisi 2 565 kvadrat metr olacaq.

Yeni teatr binası inşa ediləcəyi torpaq sahəsində yerləşən tarixi binanın restavrasiyası və sahəsinin genişləndirilməsi hesabına tamamlanacaq.

Teatr binasının ümumi tamaşaçı tutumunun 256 nəfər olacağı bildirilir.



Xəbəri paylaş

177 dəfə oxunub.

Digər xəbərlər