Saytımızı qiymətləndirin


 
 

Aprelin 6-sı Ermənistan üçün son şansdır
Tarix: 01-04-2022 | Saat: 11:17
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

2021/10/image-1633775889.jpg

 

Avropa İttifaqının vasitəçiliyi ilə ötən gün Brüsseldə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib.

Aİ diplomatik xidmətinin bəyanatına görə, görüş “iki ölkə arasında bir sıra məsələlərin həlli istiqamətində səyləri irəli sürmək” məqsədi daşıyıb. Məlumata görə, müzakirələr zamanı Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aprelin 6-da Brüsseldə keçirilməsi planlaşdırılan görüşünə hazırlıqla bağlı müzakirələr aparılıb.

“Cənab Hacıyev və Qriqoryan arasında ayrıca ikitərəfli söhbətin də daxil olduğu substantiv müzakirələr zamanı iştirakçılar 2021-ci il dekabrın 14-də Brüsseldə liderlərin görüşü zamanı əldə olunmuş anlaşmaların davamı olaraq Ermənistan və Azərbaycan arasında siyasi və təhlükəsizlik vəziyyəti və bütün məsələlərin spektrini nəzərdən keçiriblər”, - deyə məlumatda bildirilir.

Rəsmilər növbəti həftələrdə yenidən görüşmək barədə razılığa gəliblər.

“Avropa İttifaqı Cənubi Qafqazda davamlı sülh və sabitliyə sadiqliyini davam etdirməyə sadiqdir”, - deyə bəyanatda deyilir.

Beləliklə, Azərbaycan və Ermənistan liderləri gələn həftə, aprelin 6-da Brüsseldə görüşəcək. Adının açıqlanmasını istəməyən avropalı diplomatlardan biri “Azadlıq Radiosu”na bildirib ki, liderlər son görüşdən sonra baş verənləri qiymətləndirəcək və Cənubi Qafqaz xalqlarının rifahı naminə təhlükəsiz, sabit və firavan Cənubi Qafqaza nail olmağın gələcək yollarını müzakirə edəcəklər. Yeri gəlmişkən, kommunikasiya məsələsinin də diqqət mərkəzində olacağı bildirilir.

Ermənistan və Azərbaycan liderləri sonuncu dəfə təxminən bir ay əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Fransa prezidentinin təşəbbüsü və iştirakı ilə danışıqlar aparıblar. İclas onlayn formada keçirilib. Rəsmi məlumatlara görə, tərəflər dekabrda Brüsseldə başlayan humanitar əməkdaşlıq üzrə dialoqu davam etdiriblər. Həmin danışıqlardan sonra Azərbaycan tərəfi 8 erməni əsiri geri qaytarıb. Daha sonra Ermənistanın baş naziri parlamentdə Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolunun bərpası ilə bağlı razılığın əldə olunduğunu bəyan edib.

Daha sonra Azərbayan Ermənistana 5 bəndlik təkliflər göndərib.

Paşinyan sonuncu keçirilən iclasda bildirib ki, Ermənistan Azərbaycana həm ictimai, həm də işləyən diplomatik kanallar vasitəsilə ötürülən 5 bəndlik təklifə cavab verib. Onun sözlərinə görə, bu cavab o deməkdir ki, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması prinsipi Ermənistan üçün məqbuldur.
Aqil Məmmədov


Xəbəri paylaş

272 dəfə oxunub.

Digər xəbərlər