Saytımızı qiymətləndirin


 
 

İran ordusu İrəvanı tutmağa çalışır - Komitə sədri
Tarix: 21-10-2022 | Saat: 14:34
Bölmə:Karusel / Region | çapa göndər

İran ordusu İrəvanı tutmağa çalışır - Komitə sədri

“Azərbaycana qarşı diplomatik-siyasi təzyiq həlledici mərhələyə daxil olub. Belə bir vaxtda Ərdoğanın birbaşa Zəngilana, Cəbrayıla gəlməsi, ən yüksək protokolla Prezident İlham Əliyevlə görüşməsi ölkəmizə edilən hücumlara zərbə vurdu”. 

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc bildirib. 

 

O deyib ki, Ermənistan ərazilərinin ələ keçirilməsindən danışan Avroparlament, AŞPA və onlarla dövlətin XİN-ləri, qlobal medianın apardığı kampaniyanın üzərinə Avropa Birliyindən Ermənistana 40 nəfərlik hərbi taborun gəlməsi, dünənsə ATƏT-in kəşfiyyat missiyasının İrəvanda mənzillənməsi, 18 oktyabrdan İran ordusunun başlatdığı hərbi təlimlər bütövlükdə regionda silahlı toqquşmalara zəmin hazırlayır:

 

“Qərbin məqsədi Rusiyaya qarşı ikinci cəbhə açmaqdır, Ağdamda yerləşən Rusiya-Türkiyə hərbi mərkəzini bölgədən çıxarıb NATO qüvvələrini sərhəddə yerləşdirməkdir. Lakin Ali Baş Komandan İlham Əliyev Şuşa bəyannaməsini Ermənistana deyil, ölkəmizə və Türkiyəyə təhlükə törədən dövlətlərə qarşı imzalayıb. Qərbin hazırki mülki kontingenti İranın yanlış siyasətinə görə regiona gəldi. Son 30 ildə o bölgələrdə bir dəfə də olsun hərbi təlim keçirməyən bir dövlət Ermənistanın ərazi bütövlüyünü qoruyanda bilməliydi ki, bir gün qarşısında NATO emissarlarını görəcək”.

 

Komitə sədrinin sözlərinə görə, erməni mətbuatı hərbi təlimlərdə İran inqilab keşikçilərinin Bakını ələ keçirməyi simulyasiya etdiklərini yazır: 

 

“Halbuki baş örtüyü tələbinə qarşı ayağa qalxan milyonlarla insanın etirazını söndürməmiş Araz çayını keçməyi məşq etməyin hədəfi biz ola bilmərik. İran ordusu “Zəngəzur dəhlizi”nin deyil, “Araz koridoru”nun açılması təhlükəsini qabaqlamaq üçün İrəvanı tutmağa çalışır. Bizim İranla dövlətlərarası sərhədlər müəyyənləşib, lakin kimsə Ermənistan kimi İranla da yeni sərhəd  istəyirsə, tarixi geriyə çevirər. Qoşunlarını sərhəddə yığıb oranı cəbhə xəttinə çevirmək Ermənistanı Qafqazın Ukraynasına, Yaxın Şərqin Suriyasına döndərər.   

 

Beləliklə, hadisələr düz yüz il əvvəlki ssenari üzrə gedir. Tarix təkrarlanır. Bir əsr qabaq da Osmanlıdan üz döndərən erməni liderləri əvvəlcə rus çarına sığındılar. Daha sonra 1-ci dünya müharibəsində məğlub olan Rusiya imperiyasının xeyirxahlığını və yardımını unudub Vudro Vilsondan himayə, arbitraj qərarı və ordu istədilər. O vaxt da indiki kimi amerikalı general Harbord köməyə gəldi, lakin Ermənistana ərazini və dövləti bolşeviklər verdi. Ona görə də Paşinyan 1-ci erməni respublikasının baş naziri Amazasp Ohancanyanın yolunu gedir. Rusiyanın indiki müharibədə aqibətini gözləmədən, Lenin-Atatürk razılaşmasını qınayan xalqı ilə birlikdə 30 ildir onu qoruyan hərbi bloku tərk edir, “5000 rus əsgərini çıxar, biz ordu göndərək” deyən dövlətlərə sığınır. 

 

Halbuki Ermənistana ən yaxşı təhlükəsizlik təminatını Azərbaycan və Türkiyə verə bilər. Əgər onlar avantüraya gedib sülh müqaviləsini imzalamasalar, Ermənistan özü boyda koridora çevriləcək. Biz İran, Rusiya, Amerika, İsrail və bütün dövlətləri Türkiyə lideri kimi gəlib azad torpaqlarda  İlham Əliyevlə sülh və quruculuq müqaviləsi imzalamağa çağırırıq”.(modern.az)



Xəbəri paylaş

1160 dəfə oxunub.

Digər xəbərlər