Saytımızı qiymətləndirin


 
 

Rusiyada hərbi təyyarə qəzaya uğradı - 3 nəfər öldü
Tarix: 23-03-2021 | Saat: 16:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

Kaluqa yaxınlığında yerləşən hərbi aerodromda bombardmançı Tu-22M3 təyyarəsi qeyri-normal şəraitdə katapult edib, ekipaj üzvləri həlak olub.

 

Qarabaginfo.az “Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Hadisə nəticəsində bombardmançı təyyarənin 3 ekipaj üzvü həlak olub. İnsident təyyarənin uçuşa hazırlığı zaman baş verib.

 

 

Bildirilib ki, paraşütlərin istifadəsi üçün müvafiq hündürlük olmadığından paraşütlərdən istifadə olunmayıb və üç ekipaj üzvü eniş zamanı ağır xəsarətlər alıb, nəticədə onlar həyatlarını itiriblər.

 

Tu-22M3 Sovet istehsalı Tu-22M2-nin modernləşdirilmiş versiyasıdır, hədəfləri vurmaq üçün hazırlanmış strateji çox rejimli, səsdən sürətli bombardmançıdır. Təyyarə saatda 2300 kilometrə qədər maksimum sürət yığa bilər. Rusiyanın istismarında təxminən 60 belə təyyarə var.



Xəbəri paylaş

1296 dəfə oxunub.

Digər xəbərlər