Saytımızı qiymətləndirin


 
 

“Anam sizə əmanətdir” - Qəbiristanlıqda intihar edən gəncin SON SÖZÜ
Tarix: 26-10-2022 | Saat: 12:01
Bölmə:Karusel / Sosial | çapa göndər

“Anam sizə əmanətdir” - Qəbiristanlıqda intihar edən gəncin SON SÖZÜ

Ötən gün Şabran rayon sakini 1998-ci il təvəllüdlü Eldarov Heydər Rauf oğlu özünü rayon qəbiristanlığında asaraq intihar edib.

 

Qarabaginfo.az modern.az-a istinadən xəbər verir ki, 24 yaşlı gənc rayonun Mehdi Hüseynzadə küçəsində yerləşən mənzildə qeydiyyatda olub. 

 

H.Eldarovun özündən başqa iki bacısı var. Onların hər ikisi ailəlidir. 

 

Sakinlərin dediyinə görə, onların ataları Rauf Heydərov 5 il əvvəl ailəsini ataraq Bakıya gedib və bir müddət sonra paytaxtda tufeyli həyat tərzi keçirməyə başlayıb.

 

Anası ilə birlikdə yaşayan Heydər intihardan bir neçə gün əvvəl dostlarına “anam sizə əmanətdir, ona yaxşı baxın” deyərək vidalaşıb. Dostları bunun səbəbini soruşsalar da, Heydər bu haqda əlavə heç nə danışmayıb. 

 

Yaxınlarının verdiyi məlumata əsasən, Heydərin hər hansı problemi olmayıb, normal qaydada işləyərək anasına baxıb, dostları və qonşularına daim mehriban münasibət göstərib.

 

Heydərin özünü qəbiristanlıqda öldürməsinin səbəbi hələlik məlum deyil. Hazırda faktla əlaqədar araşdırma aparılır.

 

Mərhum bu gün Şabran rayonunda dəfn olunacaq.



Xəbəri paylaş

1101 dəfə oxunub.

Digər xəbərlər