Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Prezidenti: "Biz bütün hərbi əsirləri qaytarmışıq"
Tarix: 26-02-2021 | Saat: 11:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

Prezident: 10 noyabr bəyanatı tam icra edilməsə Ermənistan daha da ağır duruma düşəcək

“Müharibədən 20 gün sonra hərbi əsir ola bilməz. Bizdə olan bütün əsirləri qaytarmışıq”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Özü də biz əsirləri onların bizə qaytardığından qabaq vermişik. Bu adamlar isə bu kateqoriyaya daxil deyillər, onlar diversant və terrorçudurlar. Beləliklə, Ermənistan və digər ölkələr tərəfindən edilən istənilən spekulyasiyalar yersizdir”, - Prezident vurğulayıb.

Dövlət başçısı digər diversiya qruplarının bölgəyə sızmayacağının təminatı olmadığını bildirib: “Ancaq biz işğaldan azad edilmiş ərazilərin təhlükəsizliyini yetərincə təmin edirik, müntəzəm reydlər, PUA-lar vasitəsilə, həmçinin vizual monitorinq keçiririk. Yəni vəziyyət tamamilə nəzarətimiz altındadır”.



Xəbəri paylaş

1331 dəfə oxunub.

Digər xəbərlər