Tarix: 08-05-2023 | Saat: 10:32
Bölmə:Karusel / Sosial | çapa göndər
İxtisaslaşmış xüsusi polis qurumu tərəfindən 2022-ci ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 3 (sabit) məcburi əmək faktı müəyyən edilərək cinayət işləri başlanılıb.
Qarabaginfo.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.
Aparılmış prosessual araşdırmalarla cinayətlərdən zərər çəkmiş şəxslərin ölkə daxilində kənd təsərrüfatı sektorunda istismar edildiyi məlum olub.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətləri əsasında apardığı yoxlamalar zamanı isə 369 şəxsin (2021-ci illə müqayisədə 102 nəfər çox) əmək müqaviləsi olmadan işləməsi və işəgötürənlər tərəfindən üç halda işçini əmək funksiyasına aid olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmə faktı müəyyən edilərək aidiyyəti vəzifəli şəxslər barəsində bütövlükdə 1.800.000 manata yaxın inzibati cərimə tətbiq edilib.
Digər xəbərlər