Saytımızı qiymətləndirin


 
 

Milli Musiqi Günü ilə bağlı Bakı Musiqi Akademiyasında tədbir keçirilib - FOTO
Tarix: 18-09-2021 | Saat: 12:47
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

Milli Musiqi Günü ilə bağlı Bakı Musiqi Akademiyasında tədbir keçirilib - FOTO

 

18 sentyabr Milli Musiqi Günü ilə bağlı Bakı Musiqi Akademiyasının qarşısında tədbir keçirilib.

Qarabaginfo.az xəbər verir ki, tədbirdə Mədəniyyət naziri Anar Kərimov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi və bir qrup mədəniyyət və incəsənət xadimi iştirak edib.

Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi bu günün əhəmiyyətindən danışıb, bu günün dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlı olduğunu söyləyib.

Mədəniyyət naziri Anar Kərimov bayram münasibətilə musiqisevərləri təbrik edib, festivalının əhəmiyyətindən danışıb.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib ki, bu il bu bayramı başqa bir əhval-ruhiyyədə keçiririk: “Üzeyirin musiqisi hər zaman bizimlədir. Onun yaratdıqları bütün zamanlarda yaşayacaq. Musiqimizin uğurları Üzeyir bəylə bağlıdır”.

Daha sonra Konservatoriyanın tələbə orkestri və tələbə xoru konsert proqramı ilə çıxış edib.(Apa)



Xəbəri paylaş

1318 dəfə oxunub.

Digər xəbərlər
13-03-2024, 14:36 Prezident qəbul keçirdi