Saytımızı qiymətləndirin


 
 

“Açıq havada tək olsanız, maska taxmaya bilərsiniz” - TƏBİB rəsmisi
Tarix: 12-02-2021 | Saat: 10:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Açıq havada tək olsanız, maska taxmaya bilərsiniz”

“Əgər küçədə tək gedirsinizsə, açıq havada maska taxmaya bilərsiniz”.

 

Qarabaginfo.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, həkim-infeksionisti Nəzrin Mustafayeva REAL TV-yə müsahibəsində bildirib.

 

N.Rüstəmova deyib ki, vətəndaşlar qapalı məkanlarda, sosial ərazilərdə olan zaman maska taxmalıdırlar:

 

“Əgər bulvarda və yaxud parkda yürüşə çıxmısınızsa və yanınızda adam yoxdursa, maskasız gəzə bilərsiniz. Bu iş məntiqə əsaslanmalıdır. Həmin vaxt sizin maska taxmağınıza ehtiyac yoxdur. Elə bir qayda da yoxdur”.

 

Qeyd edək ki, Nazirlər Kabinetini yanında Operativ Qərargahın qərarına əsasən açıq havada maska taxmaq qadağandır. Küçədə tək olduğu halda maska taxmayanlar isə polis tərəfindən cərimələnirlər.



Xəbəri paylaş

1363 dəfə oxunub.

Digər xəbərlər