Saytımızı qiymətləndirin

Şəhid Elvinin sentyabrın 27-də yazdığı vəsiyyət... - VİDEO
Tarix: 12-02-2021 | Saat: 09:07
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Şəhid Elvinin sentyabrın 27-də yazdığı vəsiyyət...

Qəbələnin Əmirvan kəndi Vətən Müharibəsində dörd şəhid verib. Milliyyətcə ləzgilərin yaşadığı kəndin İkinci Qarabağ Müharibəsində verdiyi qəhrəman şəhidlərindən biri də Abdurahmanov Elvindir.

Bu, o Elvindir ki, çəkdiyi bir neçə saniyəlik video ilə hər kəsin yaddaşında qalmış, danışmadan, baxışları ilə fikirlərini anlada bilmişdi.

Qarabaginfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Abdurahmanov Elvin Əbülfəz oğlu 1996-cı ilin oktyabrın 1-də anadan olub. Bəhs etdiyimiz videonu da Elvin öz ad günündə çəkib. Amma həmin vaxt o, ad günündə hansısa restoranda yox, Füzuli-Cəbrayıl istiqamətində işğaldan azad edilən təpədə gözləmə mövqeyində olub. Ertəsi gün isə hücuma keçən zaman düşmən gülləsinə tuş gəlib. Yəni 24 yaşının tamam olmasından bir gün sonra...

Şəhidimizin atası Əbülfəz dayı əməkdaşımızla söhbətində bildirib ki, Elvin idmançı cüssəsinə malik olduğundan, zirehli gödəkçə əyninə tam oturmayıb. Nəticədə, qarın hissəsi açıqda qalıb. Elə düşmən gülləsi də onun düz qarın nahiyəsindən dəyib. Həmin vaxt ərazidə şiddətli döyüşlər getdiyindən ağır yaralanan Elvini xəstəxanaya çatdırmaq mümkün olmayıb. Ərazidə ilkin tibbi yardıma baxmayaraq, o, bir neçə saatdan sonra şəhidlik zirvəsinə ucalıb.

2014-cü ildə orta məktəbdən məzun olan Elvin hərbi xidməti Naxçıvanda keçib. O, 2018-ci ildən etibarən YAŞMA-da qulluq edib. Gizir Abdurahmanov bunun üçün altı ay kurs keçib, 500 nəfərin iştirak etdiyi təlimlərdə xüsusi təyinatlılar arasından seçilən 42 nəfərdən biri olub.

Döyüşlərdən iki il öncə nişanlanan Elvin Vətən müharibəsinin başlandığı gün telefonun qeyd yerində ailəsi üçün vəsiyyət də yazıb. Vəsiyyət kimi qəbul edilən bu qeyd hazırda şəhid evində yaradılmış guşənin bir yerində xatirə kimi saxlanılır:

"Əgər mənə nəsə olsa, mənim qırmızı fləş-kartımda şəkillər var idi, onlar silinib. Onları geri qaytarın, xatirə olaraq qalsın. Bir də anamıza, atamıza, vətənimizə, millətimizə, bayrağımıza, namuslu, qeyrətli oğullardan olun. Hər kəsin həyatda arzusu var. Mənim də ən böyük arzum bir gün Vətənim üçün şəhid olmaqdır. Canım qardaşlarım, Allaha əmanət olun. Sizi çox sevirəm. Aytac (nişanlısı) sizə əmanətdir. Ona doğma bacınız kimi baxın. Onu öncə Allaha, sonra sizə əmanət edirəm".

Xəbəri paylaş

369 dəfə oxunub.

Digər xəbərlər