Saytımızı qiymətləndirin


 
 

Abutalıbov Bakını idarə etmək gücündə deyil - Yola salınır
Tarix: 17-11-2017 | Saat: 11:59
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Abutalıbov Bakını idarə etmək gücündə deyil

 

Son günlər Bakı Şəhər İcra Hakimiyyətinin(BŞİH) başçısı Hacıbala Abutalıbovun  tezliklə istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yenidən intensivləşib. 

“Qafqazinfo” xəbər verir ki, gələn ilin yanvarında  icra başçısı təyinatının 18 ili tamam olacaq Abutalıbovun səhhətinin pisləşməsi, iflic olduğu üçün gecə ilə Almaniyaya aparılması haqda xəbərlər də bu baxımdan diqqət çəkir.

Qəzet yazır ki, bir neçə ildir ki, Abutalıbovunun da vəzifə ilə vidalaşmış Ziya Məmmədov kimi səlahiyyətlərinin “iflici” prosesi  gedir. Ən son olaraq Dövlət Reklam Agentliyinin yaradılması və BŞİH-nin milyonların dövr etdiyi reklam bazarından çıxarılması buna sübut ola bilər. Abutalıbov reklam biznesini itirənədək də bir çox ciddi gəlir qaynaqlarından faktiki, məhrum edilmişdi. Abutalıbovun səlahiyyətləri  “budandıqca” onun  hakimiyyətin rəsmi media orqanlarında  tənqid edilməsi faktları artıb. H.Abutalıbovun bu qədər tənqidlərə  rəğmən vəzifədə qalması, iddialara görə, onun yerinə uyğun namizədin hələ ki olmamasıdır. 

Xəbərdə bildirilir: “İddia olunur ki, Abutalıbovun səhhətinin gözlənilmədən gündəmə gətirilməsi iqtidarının  onunla yollarını ayıracağına işarədir. Mümkündür ki, Abutalıbovun  işdən uzaqlaşdırılmasını tezləşdirmək istəyənlər, onun postuna  can atanlar da bu xəbərin yayılmasında maraqlı olsunlar.  Ancaq reallıq budur ki, Abutalıbov  artıq Bakını əvvəlki kimi  idarəetmə gücündə deyil və onun təqaüdə göndərəcəklər”.

“Qafqazinfo” onu da qeyd edir ki, H. Abutalıbov bu posta təyin olunandan bu günə qədər onun vəzifədən uzaqlaşdırılacağı haqda dəfələrlə xəbər yayılsa da, bu özünü doğrultmayıb.

 

 



Xəbəri paylaş

635 dəfə oxunub.

Digər xəbərlər
11-03-2022, 12:28 Jirinovski komadan çıxıb