Saytımızı qiymətləndirin


 
 

Rusiya ilin sonuna "Maydan-3" əməliyyatı planlaşdırıb - ZELENSKİ
Tarix: 21-11-2023 | Saat: 11:32
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Rusiya ilin sonuna

Ukrayna prezidenti Volodimir Zelenski "The Sun" nəşrinə müsahibə verib.

 

Qarabaqinfo.az xəbər verir ki, müsahibədə Zelenski bir sıra mətləblərdən söz açıb.

 

O, Rusiyanın Ukraynada hakimiyyət dəyişikliyi və çevriliş əməliyyatı planlaşdırdığını bəyan edib. Ukrayna prezidentinin sözlərinə görə, əməliyyat "Maydan-3" adlanır və ilin sonuna nəzərdə tutulub.

 

Zelenski qeyd edib ki, Moskva onu devirmək üçün bütün resurslarına əl atmağa hazırdır. O əlavə edib ki, Rusiya indiyə kimi bir neçə dəfə sui-qəsd cəhdi də edib, lakin buna müvəffəq ola bilməyib.

 

Ukrayna prezidenti vurğulayıb ki, ölkəsinin öz torpaqlarını qorumaq hüququ var.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.



Xəbəri paylaş

178 dəfə oxunub.

Digər xəbərlər