Saytımızı qiymətləndirin


 
 

"Azərbaycanda dinlərarası dialoq və əməkdaşlıq da Heydər Əliyevin müdrik siyasətinin, dini sahədə də balanslaşdırılmış siyasət yürütməsinin nəticəsidir"
Tarix: 06-04-2023 | Saat: 15:07
Bölmə:Yazar | çapa göndər

 

Əbədiyyətə qovuşan zamanın 2023-cü - Heydər Əliyev İli

“Heydər Əliyev siyasəti: Azərbaycanın dövlət-din modeli”

 İnanc dini dünyagörüşünü ehtiva edir , həyatın mənasını nəzərdə tutur, fərdi və sosial etikanı əhatə edir. Tarixən insan dini təlimin əsasını qoymuşdur.Din həyatımızın gerçəkliyidir. Bilirik ki,dünyada millətlər kimi dinlər də müxtəlifdir. Azərbaycanın tolerant ölkə olduğu, milli mənəvi və dini dəyərlərə ölkəmizdə çox böyük önəm verildiyi, dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin azad fəaliyyəti üçün dövlət tərəfindən bütün imkanlar yaradılmışdır. Bunun əsasını məhz Ulu Öndər Heydər Əliyev qoyub. Dahi şəxsiyyət Heydər Əliyev tolerantlığı və multikulturalizmi cəmiyyətin monolitliyini, möhkəmliyini şərtləndirən ən vacib amil kimi görürdü.Uzun illər ərzində müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri ölkəmizdə dinc və qarşılıqlı anlaşma şəraitində yaşayır. Azərbaycanda xristian, yəhudi və digər icmaların mövcud olması, onlar üçün əlverişli şəraitin yaradılması bunun əyani göstəricisidir. Bilirik ki , Azərbaycan uzun illər sovet rejiminin müstəmləkəsində yaşamağa məcbur olmuşdur. Sovet ideologiyasında ateizm təbliğatı xüsusi yer tutur, elmi-texniki tərəqqinin yaratdığı geniş imkalardan bəhrələnərək təkidlə Allaha etiqadsızlıq təlqin edilirdi. Lakin nə 70 il hökmranlıq edən ideologiya, nə də ateist dünyagörüşü Sovet dövlətini dağılmaqdan xilas edə bildi. Aydın oldu ki,zahirən çox qüvvətli, möhtəşəm görünən sovet ideologiyası, əslində, saxta, çürük təmələ söykənib. Buna görə həmin ideologiyanın da, onun insanlara haqq yolundan uzaqlaşdıran təbliğatının da məğlubiyyəti qaçılmaz idi. Ümummilli Lider Heydər Əliyev 2–ci dəfə siyasi hakimiyyətə qayıdarkən yenicə müstəqilliyini elan edən ölkəmiz öz tarixinin mürəkkəb, çətin və ağır illərini yaşayırdı. Qafqazın əsas ölkəsi sayılan, öz zəngin enerji qaynaqları, coğrafi-siyasi mövqeyi və insan potensialı ilə seçilən bu gənc respublika ciddi böhranlarla üzləşmişdi. Belə bir məqamda, öz siyasi təcrübəsi və intellekti ilə xarici amillərin təsirini zəiflətməyə və neytrallaşdırmağa qadir olan, ölkədaxili ixtilafları və hərc-mərcliyi cilovlaya bilən qüdrətli dövlət xadimi, cəmiyyətin inamını özünə qaytarmağı, burada milli-mənəvi birlik mühiti yaratmağı bacaran müdrik el ağsaqqalına ehtiyac vardı. Heydər Əliyev, məhz ağır böhran şəraitində bütün lazımi siyasi, ictimai və mənəvi keyfiyyətləri özündə birləşdirən bütöv bir şəxsiyyət kimi Azərbaycan xalqının harayına çıxaraq bütün sahələr üzrə məntiqi ardıcıllıqla düşünülmüş gərgin fəaliyyətə başladı. Yeni dünya düzənindəki vəziyyəti nəzərə alaraq, həm Qərb və Avropa ilə, həm də Rusiya, Yaxın Şərq və Asiya ölkələri ilə əlaqələr yaradaraq ölkənin İslam dünyasının bir parçası olmasına xüsusi önəm verirdi. Uzun müddət Sovet sistemində fəaliyyət göstərən Heydər Əliyev Şərq mentalitetini və Şərq dəyərlərini yaşadan, milli-mənəvi keyfiyyətlərə böyük əhəmiyyət verən, eyni zamanda müasir dünyada baş verən proseslərin nəbzini tutmaqla  gerçəkliyi dərindən dərk edən bir şəxsiyyət idi. O, ölkədə dini-mənəvi dəyərlərə və İslama münasibətin nəzəri əsaslarını irəli sürməklə yanaşı, onların təşəkkülü və inkişafı üçün əməli işlər görməyə başladı. Heydər Əliyev bütün işlərdə olduğu kimi, burada da, həm məsələnin nəzəri cəhətlərini bilən, onu düzgün həyatı məcraya istiqamətləndirən rəhbər, həm də onun icra mexanizmini tənzimləyən praktik bir dövlət xadimi kimi fəaliyyət göstərdi. Dəfələrlə din xadimləri və ruhanilərlə görüşdü, məscid və ziyarətgahlara baş çəkdi, bütün dini mərasim və bayramlar da xalqa müraciət etdi, bir sıra mərasimlərdə özü iştirak etməklə camaatla və möminlərlə ünsiyyətdə oldu. O, dini məsələlərə özünəxas bir maraqla, həssaslıqla yanaşırdı, hadisələrin seyricisi yox, fəal iştirakçı olaraq onun əsas istiqamətlərini müəyyənləşdirirdi. O, dinin, daha doğrusu, İslamın müasir Azərbaycan cəmiyyətində tutduğu yeri açıb göstərmək, məqsəd və məramını lüzumsuz yad ideoloji cərəyanların, qeyri-ənənəvi dini firqələrin, missioner təşkilatların pozucu fəaliyyəti və təxribatlarının qarşısını almaq üçün ölkədə dini işləri tənzimləmək, dövlət-din münasibətlərini sağlam bir müstəvidə qurmaq üçün addımlar atırdı.İslam mənəvi cəhətdən sağlam insanların və sağlam cəmiyyətin qaynağıdır.Sağlam cəmiyyət isə güclü və sarsılmaz dövlətçiliyin əsas sütunudur.Sağlam cəmiyyəti və güclü dövləti olan xalq bütün problemləri həll etməyə, öz işıqlı gələcəyini qurmağa, müasir dünyanın inkişaf və tərəqqi karvanına qoşulmağa qadirdir. Müstəqilliyə qovuşandan sonra  xalq arasında dinə kütləvi qayıdış müşahidə edildi, hər cür yasaqlar, məhdudiyyətlər aradan qalxdı, çoxlu məscidlər tikildi, dini mərasimlər geniş qeyd edildi, dini təhsilə meyl sürətlə artdı.Bütün bunlar çox yaxşıdır, lakin həmin proses müəyyən çətinliklər, problemlər də doğururdu. İnam ruhi ehtiyacdan doğmalıdır. Buna görə də, dinə qayıdış dərin, əsaslı olduğu kimi həm də səmimi olmalı, düzgün təməl üzərində qurulmalıdır. Əsas məqsəd budur və Ümummilli Lider Heydər Əliyevin dinlə bağlı qayğı və düşüncələrinin də elə məzmununu bu amil müəyyənləşdirirdi.Dindarlarla mütəmadi görüşlərdən tutmuş elmi müşavirələrəcən ən müxtəlif tədbirlərdəki söhbətlərində, çıxışlarında Ulu Öndər Heydər Əliyev dönə-dönə ən yaxın tarixi dövrün neqativ təcrübəsinə müraciət edir, sovet dövlətinin dinə münasibətinin acı həqiqətlərini yada salırdı. Bunda məqsəd həmin yanlış siyasətin mahiyyətini açıb göstərmək, onun ibrətamizliyi üzərində bizi düşündürməkdir.

 Ulu Öndər Heydər Əliyev hələ ölkə prezidenti seçilməzdən əvvəl 5 sentyabr 1993-cü ildə "Təzəpir” məscidində Peyğəmbər əleyhissəlamın mövludu münasibəti ilə keçirilən mərasimdəki çıxışında Azərbaycan xalqının bir müddət öz dinindən uzaq düşməsi səbəbləri, bunun acınacaqlı nətcələri üzrərində dayanır və məsələyə, həm də qeyd etdiyimiz aspektdən yanaşırdı. Əlbətdə, Azərbaycan xalqının da keçmiş SSRİ-nin tərkibində yaşayan digər müsəlman xalqlarınında öz dinindən təcrid olunmasının birbaşa səbəbkarı sovet siyasi-ideoloji sistemi idi və bu mülahizə Heydər Əliyevin təhlilində həmişə ön plana çəkilirdi. Lakin həmin hadisəni, ehtimal şəklində olsa da, eyni zamanda, Allahın sınağı kimi mənalandırmaqla daha geniş dini-fəlsəfi düşüncələr müstəvisinə çıxardaraq deyirdi: "Azərbaycan xalqı uzun müddət öz dinindən məhrum olmuşdur. Bu, əlbətdə, bizim üçün acınacaqlı bir haldır. Ancaq bu nə sizdən, nə də məndən asılı idi. Ola bilər ki, bu Allahın işidir. Və bu da bir imtahandır ki, görsünlər insan öz dinindən məhrum olandan sonra nə bəlalara düşür və öz dininə qayıdandan sonra nə qədər xoşbəxtlik əldə edir”. Məsələnin bu şəkildə qoyuluşu dini baxımdan da əsaslı görünür. Məlumdur ki, Qurani-Kərim Allahın öz bəndələrini müxtəlif vasitələlə imtahana çəkdiyini dəfələrlə bizə bildirir. Məsələn, "əl-Bəqərə sürəsi 155-157-ci ayələrdə müsibətlə üzləşən Allah bəndələri səbrə dəvət edilir, belə olduqda onların Rəbbi tərəfindən bağışlanması və rəhmət gözləməsidir. Düşünmək olar ki, Azərbaycan müsəlmanları da keçmiş SSRİ-nin tərkibində (digər müsəlmanlar kimi) belə bir sınağa məruz qalmış, lakin Allahın rəğbəti yenidən onları öz dininə qayıtmasına fürsət vermişdir.  Ümummilli Lider Heydər Əliyev  məruzə və çıxışlarında öz xalqının doğma dinindən zorla uzaq salınarkən keçirdiyi iztirabları daima yada salırdı. Bunda məqsəd, heç də, insanların təsirləndirmək və sarsıtmaq deyildi. Hərçənd ibrətamiz nəticələr üçün emisional-psixoloji yaşantıların da əhəmiyyəti az deyil. Ancaq məqsəd daha böyükdür: yaxın keçmişi acı həqiqətlərini xatırlanması, bunların bir daha təkrar olunmamasının mümkünsüzlüyünü açıqlamaq və şüurlara təlqin etmək naminə idi. Yəqin buna görə də 1998-ci ilin oktyabrnda Bakıda keçirilən "Müasirlik və dini-mənəvi dəyərlər” adlı beynəlxalq konfransındakı geniş çıxışında Heydər Əliyev sovet hakimiyyəti dövründə dinə qarşı aparılmış total və fasiləsiz mübarizənin üzərində ətraflı dayanmağı lazım bilmişdi. Heydər Əliyev bu məsələni də nəzərdən qaçırmır, sovet ateist təbliğatının acizliyini həm də bu amillə izah edirdi. O, beynəlxalq konfransda sözünə davam edərək bütün səylərinə baxmayaraq, sovet sisteminin dini hisslər, islam həqiqətlərinin ucalığı qarşısında duruş gətirə bilmədiyini qeyd edir, həmin sistemin sürətlə çökməsini buna canlı misal çəkir: "Ancaq, eyni zamanda, bu tarix onu da göstərir ki, din və o cümlədən bizim mənsub olduğumuz islam dini o qədər qüdrətə malikdir ki, heç bir ideologiya, heç bir hakimiyyət və heç bir hökmdar onunla bacara bilməz və 70 illik tarix də göstərir ki, bunu bacara bilməzdi”. Qurani-Kərim haqq olan İslama bütün kafirlərin, müşriklərin və münafiqlərin həmişə çalışdıqlarını, lakin onların uğursuzluğa düçar olacaqlarını ilahi xəbərdarlıqla bütün bədxahlara bildirir. Allahın dininə qarşı olanlar bu nuru söndürməyə çalışsalar da bacarmazlar. "Ət-tövbə” surəsinin 32-ci ayəsində deyilir: "Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Quranı) batil sözləri ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər”. Ümummilli liderin 9-11 dekabr 1998-ci ildə Bakıda keçirilən başqa bir toplantıda, "İslam sivilizasiyası Qafqazda” adlı Beynəlxalq konfransdakı çıxışında öz konkret müşahidələri və qənaətləri əsasında sovet siyasi-ideoloji sisteminin dinə qarşı yönəlmiş siyasətinin görünən və görünməyən tərəflərindən söhbət açır. Heydər Əliyev deyir: "Qısa bir zamanda məlum oldu ki, əgər Azərbaycanda kommunist ideologi yaşı 70 il yox, 170 il də hökm sürmüş olsaydı, insanları İslam dinindən ayırmaq mümkün olmayacaqdı. Bu artıq faktdır. Eyni zamanda, bu, İslam dininin nə qədər böyük gücə malik olduğunu sübut edir”. Ümummilli Lider Heydər Əliyev Naxçıvanda tikilən məscidin açılışında söylədiyi geniş nitqində bu incə məsələyə toxunaraq bildirirdi "Sovet hakimiyyəti dövründə dünyaya gəlmiş, yaşamış nəsillər, bəlkə də, o vaxtkı güclü təbliğat nəticəsində dinin, bizim üçün isə, ələlxüsus, islam dininin bu qədər zəngin mənəvi dəyərlərə, bu qədər dərin köklərə malik olduğunu anlaya bilmirdilər. Biz özümüz də bunu anlaya bilmirdik. Mən bunu etiraf edirəm”. Ümummilli lider Heydər Əliyev 1-2 oktyabr 1998-ci ildə Bakıda Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının keçirdiyi "Müasirlik və dini-mənəvi dəyərlər” adlı beynəlxalq konfransda bu barədə bəhs edərək belə söyləmişdir: "Təsəvvür edin, o yer müqəddəs yerdir. Orada VIII əsrdə həzrəti Hökumənin qəbri olmuşdur. İmam Rzanın bacısı həzrəti Hökumənin qəbri üzərində vaxtilə insanlar məscid qurmuşdular və ora ziyarətgaha çevrilmişdi. Ancaq o müqədəs yer, müsəlmanların, tək Azərbaycandan yox, dünyanın bir çox yerlərindən gələn müsəlmanların ziyarət etdiyi müqəddəs ocaq 1933-cü ildə partladılmışdır, dağıdılmışdır. Məscidi partladıblar, dağıdıblar, yerlə yeksan ediblər, amma insanlar ayağını o yerdən çəkə bilməyiblər. Həmişə "Bibiheybət” piri bizdə ona pir deyirlər – müsəlmanların ziyarət yeri olubdur, müsəlmanlar gedib orada, o yerə öz ehtiramını bildiriblər, Allah yolunda nəzirlərini veriblər və o yeri yaşadıblar”. Ulu Öndər Heydər Əliyev həmin konfransda bu tipli başqa faktları da yada salır. Belə ki, Sovetlər zamanı İslama qarşı aparılan mübarizə nəticəsində yüzlərlə məscid və ziyarətgah məhv edilmişdi. Azərbaycan müstəqillik əldə edərkən ölkədə cəmi 18 məscid fəaliyyət göstərirdi. Lakin qısa bir vaxtda, yəni 7 il ərzində 1000-dən artıq məscid tikilmişdir. O, bu barədə sözlərini belə yekunlaşdırır: "İndi Azərbaycanda 1000-dən artıq məscid var. Demək, insanların hamısının qəlbində məscid intizarı, məscid arzusu (məscid Allah evidir) o qədər yaşayıb ki, qısa bir zamanda hökumətin, dövlətin heç bir köməyi vəsaiti olmadan məscidlər tikilibdir. Bu mənim dediklərimə əyani sübutdur”. Ulu Öndər  rəhbərlikdə olduğu dövrdə dövlət-din münasibətlərini qanunvericilik səviyyəsində nizamlaya bildi. 1996-cı ildə Prezident Heydər Əliyev “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununda əlavə və dəyişiklikləri təsdiq etdi. Bununla da, dövlət-din münasibətlərində yeni mərhələnin əsası qoyuldu, dövlətin din sahəsinə və dindarlara qayğısı artdı.  Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Dövlət Komitəsinin yaradılmasında məqsəd Azərbaycan Konstitusiyasının 48-ci maddəsinin (Vicdan azadlığı) həyata keçirilməsi üçün müvafiq şəraitin formalaşdırılması və dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasını təmin etmək idi. Bu gün Azərbaycanın ictimai-siyasi həyatında multikulturalizmə də böyük önəm verilir. Ümummilli lider Heydər Əliyevin müdrikliyi nəticəsində multikulturalizm Azərbaycanda dövlət siyasəti elan olunub və hazırda Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm siyasəti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir.  Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçib. Öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib, onu keyfiyyətcə yeni mərhələyə qaldırıb. Ulu Öndər hələ 1994-cü ildə İstanbulda keçirilən "Sülh və səbr" adlı beynəlxalq dini konfransdakı çıxışında bu məqamı dəqiq ifadə edib "Azərbaycanın vətəndaşları dini, irqi, siyasi, dil mənsubiyyətindən asılı olmayaraq, hamısı eyni hüquqa malikdir və onların hüquqları Azərbaycan tərəfindən qorunur və mühafizə olunur. Siz əmin ola bilərsiniz ki, biz bu məqsədlərimizə, bu prinsiplərimizə daim sadiq olacağıq və gələcəkdə də Azərbaycan vətəndaşlarının dini mənsubiyyəti, yaxud dil mənsubiyyəti, siyasi mənsubiyyətindən asılı olmayaraq, bir-birilə münaqişəyə girməsinə yol verməyəcəyik". Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda din azadlığının qorunması və tolerantlığın təmin olunması sahəsində düzgün və məqsədyönlü siyasət yeritməklə, ölkəmizin əsrlər boyu sivilizasiyalararası, millətlərarası, dinlərarası dialoqun aparılması üçün öz imkanlarını ortaya qoyduğu fikrini dönə-dönə qeyd etmişdir. Hətta cənab Prezidentin “Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələrinin birgə yaşaması, bir ailə kimi yaşaması nadir təcrübədir.  Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir, qarşılıqlı anlaşmanın bərqərar olması üçün səylərini göstərməkdədir” fikri də bunun əyani sübutu hesab edilməlidir . Din azadlığının dövlətdaxili hüquqi tənzimlənməsinə gəldikdə isə bununla bağlı kifayət qədər qanunvericilik bazası mövcuddur.Beləliklə, Ulu Öndər Heydər Əliyev xalqımızın milli-mənəvi dəyərlərinin və çoxəsrlik adət-ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi, dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində böyük işlər gördü. Bütün bu misilsiz işlərin nəticəsidir ki, bu gün Azərbaycan İslam dünyasında vəhdətin, həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verir, müvafiq irimiqyaslı tədbirlər keçirir. Bu gün dünyaya multikulturalizm nümunəsi olan Azərbaycanda dinlərarası dialoq və əməkdaşlıq da Heydər Əliyevin müdrik siyasətinin, dini sahədə də balanslaşdırılmış siyasət yürütməsinin nəticəsidir.

 

Zaqatala rayonu Yuxarı Tala kənd

məscidinin imamı, dini icma üzvü:                  Rasim Musayev

 

0(50)-550-75-34



Xəbəri paylaş

179 dəfə oxunub.

Digər xəbərlər