Saytımızı qiymətləndirin


 
 

Heydər Əliyev siyasəti, Azərbaycanda dövlət-din münasibətləri
Tarix: 06-04-2023 | Saat: 11:38
Bölmə:Yazar | çapa göndər

 

Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli Liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev sayəsində əldə etmişdir. Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu siyasi kurs heç zaman tükənməyəcəkdir. Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" müdrik kəlamı dillər əzbəri olmuş, hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir.                                                                                                        Ümummilli liderimizin 1969-1982-ci illərdəki əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev hələ o dövrdə respublikaya rəhbərlik etdiyi vaxtlarda ölkəmizdə qayda-qanunun və hüquq qaydasının möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır. Bütün dünyada nüfuzlu siyasi xadim kimi tanınan Heydər Əliyev Sovetlər Birliyi kimi super dövlətin rəhbərliyində təmsil olunmaqla öz fitri istedadı və şəxsi nüfuzu ilə orada da kəskin fərqlənmişdi. Heydər Əliyev SSRİ rəhbərliyində olarkən Azərbaycan əleyhinə çirkin niyyətlərin həyata keçirilməsinin qeyri-mümkün olduğunu başa düşən məkrli qüvvələr onu vəzifədən uzaqlaşdırmağa çalışmışlar. Lakin buna baxmayaraq Heydər Əliyev hər zaman xalqımızın yanında olmuşdur. Xalqımız 20 yanvar faciəsini yaşayarkən ümummilli liderimiz çoxlarının cürət etmədiyi qətiyyət göstərib Moskvada sovetlər birliyi rəhbərliyini ifşa etmiş, imperiya siyasəti əleyhinə çıxmış doğma xalqı ilə bir yerdə olduğunu bir daha nümayiş etdirmişdir. Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik Heydər Əliyevlə bağlı olmuşdur. Məhz belə bir mürəkkəb vəziyyətdə 1993-cü ilin yayında Ulu Öndər xalqın çağırışı ilə respublikaya rəhbərliyə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş sovetlər birliyindən miras qalmış rejim əvəzinə demokratik hüquqi dövlət yaratmağa müvəffəq oldu. Təsadüfi deyil ki, 1993-cü ildə Ulu Öndər qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir". Müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat çətin olduğunu deyən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi. Zəngin dövlətçilik təcrübəsinə malik olan Ümummilli Lider Heydər Əliyev isə hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi.                                                                                                                 Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra din sahəsində gərginliyin azaldılması, dini vəziyyətin yaxşılaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində də mühüm tədbirlər həyata keçirildi. 1993-cü ildə Ümummilli Liderin «Allahın yolunda hamımız hür olaq» adlı kitabı Azərbaycan və bir neçə xarici, o cümlədən ərəb dilində nəşr olundu. 1994-cü ilin iyul ayında müqəddəs «Məkkə və Mədinə»yə ümrə səfərinin yekunları bunu bir daha əməli surətdə təsdiq etdi. Ulu Öndər həmin səfər zamanı müsəlman dünyasının dövlət başçıları, din xadimləri ilə görüşlər keçirdi. Həmin görüşlərdə Ümummilli Lider müsəlman ölkələrinin dövlət və din adamları ilə söhbətləri bir daha sübut edir ki, o, ümumbəşəri mənəvi dəyərlərin mühüm tərkib hisslərindən biri olan, Şərqdə sivilizasiyanın inkişafının, insan təfəkkürü və onun təkamülünün müəyyən mərhələsində meydana gələn planetar miqyaslı sosial, tarixi hadisə və fenomen sayılan İslam dini və dinin əsasını təşkil edən, təkcə müsəlmanların deyil, eyni zamanda bəşər övladının müqəddəs stolüstü kilabı statusunu alan Quran barədə çox qiymətli fikirlər söyləmişdir:  «Qurani-Şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar insanları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir. Qurani-Kərimin bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir. “Biz azərbaycanlılar, bu, sonralar gələcək bütün nəsillərə də tövsiyə olunur heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq». (Heydər Əliyev. Müstəqillik yolu. Bakı, 1997-ci il, səh. 81, 93 Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz peşəsini qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, İslam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün İslam dininə itaət edən adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxaracaqdır». «İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir». Bütün bunları müdrik siyasi xadim kimi nəzərə alan Heydər Əliyev demişdir: «Biz bir dövlət kimi Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidmət və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq». Ulu Öndər bütün sonrakı dövr ərzində bu vədinə əməl etmiş, dinin, dini təsisatların və etiqadların müasir Azərbaycan cəmiyyətində oynadıqları rola diqqətini azaltmamışdır.1996 və 1997-ci illərdə «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanunununa əlavə və dəyişikliklər edildi. Dövlət-din münasibətlərində yeni bir mərhələnin əsası qoyuldu, dövlətin din sahəsinə və dindarlara qayğısı artdı. Heydər Əliyev davamlı olaraq dövlətin din sahəsində siyasətinin əsas istiqamətləri barədə ardıcıl bəyanatlar verdi. Azərbaycanda dünyəvi dövlət quruculuğunun davam etdiriləcəyini, eyni zamanda dövlətin milli-mənəvi dəyərlərinin qorunmasına böyük önəm verəcəyini bildirdi: «Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik».İstər sovetlər dönəmində, istərsə də müstəqillikdən sonra sağlam milli dəyərlər üzərində köklənən Azərbaycan xalqı tarixin bütün sınaqlarından üzü ağ çıxmışdır. Ölkəmizdə müxtəlif inanca sahib insanların olmasına baxmayaraq, öz duruşlarıyla hər kəs üçün nümunə sərgiləmişlər.Əminlik ifadə edən İslam kəlməsini davranışlarına, əməllərinə yansıtaraq söz və əməl prinsipində bütünləşmişlər.Ölkəmiz dini zəmində olan sabitlik və  dözümlülüklə dünyanın bir sıra inkişaf etmiş ölkələrini belə geridə qoymuşdur.Vətənin çətin zamanlarında,əsirin əvəllərində, 20 yanvarda, Qarabağ məsələsində müxtəlfi milliyətlərə, inanclara sahib olmalarına baxmayaraq bir bayraq altında birləşmiş,ölkənin suverenliyini, müstəqilliyini qorumuş və lazımi bütün sahələrdə birlik və bərabərlik nümayiş etdirmişlər.Fəxarətlə söyləmək mümkündür ki Heydər Əliyev siyasəti hələ qatı açılmamış xəzinədir. Hələ neçə-neçə nəsil bu məktəbdən, təcrübədən bəhrələnəcəkdir. Milli kimliyimizə söykənərək, mənəvi dəyərlərimizə arxalanaraq gələcək nəsillərə ötürəcəkdir. Və onun layiqli davamçısı cənab İlham Əliyev Ulu Öndərdən bu yana bu siaysi kursa sadiq qalmış, böyük məsuliyyətlə bu əmanətə sahib çıxmış, Vətənin, Millətin mənafeyi üçün bütün çətinliklərə qatlanmışdır.Milli kimliyə, iradəyə, sağlam əqidəyə, dövlətçılık ənənəsinə sadiq qalaraq,Ulu Öndərin nəsihətini, qoyub getdiyi irsi rəhbər tutaraq Qarabağımızı və ətraf rayonların azad olunmasında müstəsna rol almışdır. Dövlət, xalq ordu həmrəy olaraq “Dəmir Yumuruq” olaraq Ali Baş Komandanın rəhbərliyi altında bu gün bütün bir Azərbaycanıq.Ulu Öndərin arzu etdiyi kimi...

 Qax rayonu Əmbərçay kəndi                                                                                                “Cümə” məscidinin imamı,  dini İcma sədri :                      Davudov Nizami Ələkbər oğlu

  Mobil telefon: 0(50) 398 55 51

                          0(70) 398 55 51



Xəbəri paylaş

149 dəfə oxunub.

Digər xəbərlər