Saytımızı qiymətləndirin


 
 

ABŞ vitse-prezidentinin kortejinə artilleriya mərmisinin qəlpəsi dəyib
Tarix: 20-10-2025 | Saat: 11:07
Bölmə:Karusel / Dünya | çapa göndər

Picture background

ABŞ Dəniz Piyadaları Korpusunun 250 illik yubileyinin qeyd olunması zamanı insident baş verib.

Qarabaginfo.az ABŞ mediasına istinadən xəbər verir ki, tədbir zamanı artilleriyadan havaya atəş açılan zaman mərmilərdən biri vaxtından tez partlayıb.

Mərminin qəlpələri mərasimdə iştirak edən ABŞ vitse-prezidenti Ceyms Devid Vensin kortejində olan maşının üzərinə düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

İnsidentin baş verdiyi “İnterstate 5” magistral yolu Kaliforniya Magistral Yol Patrul Xidməti tərəfindən bağlanıb.

Kaliforniya qubernatoru Qeyvin Nyusom hərəkətin sıx olduğu magistral yolun üzərindən artilleriya atəşinin açılmasını “təhlükəli” adlandırıb.

ABŞ vitse-prezidentinin ofisi isə, qubernatorun sözlərini tənqid edib və yubiley mərasimin tamamilə təhlükəsizlik tədbirlərinə uyğun olaraq təşkil olunduğunu bildirərək, mərasimin keçirilməsinə haqq qazandırıb.

 



Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər