Müğənni Arzu Rzayev son vaxtlar gündəmdən uzaqlaşmasının səbəbini açıqlaylb.
Qarabağinfo.az-ın məlumatına görə, sənətçi “ATV maqazin onlarla”ya açıqlamasında bildirib ki, sənət aləmində ikiüzlülü insanlar çoxdur:
“Məclislərdə az-az iştirak edirəm. Dəvətlərə getmirəm. Bizim vaxtlarda başqa cür idi. İndikilərin əqidəsi mənimki ilə düz gəlmir. “Kalxozla” mənim işim yoxdur. Görüşəndə kişi kimi görüşürəm. Görüşmürəmsə, birdəfəlik o tərəfə baxmıram. Öpür, qucaqlayır, gəlib arxasınca danışlar. İnsanlar var ki, maskayla yaşayırlar".