Saytımızı qiymətləndirin


 
 

Azərbaycan dili üzrə mayın 3-də keçirilən test imtahanının nəticələri elan olunub
Tarix: 18-05-2026 | Saat: 16:34
Bölmə:Karusel / Təhsil | çapa göndər

Azərbaycan dili üzrə mayın 3-də keçirilən test imtahanının nəticələri elan olunub

Tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün mayın 3-də keçirilən Azərbaycan dili (dövlət dili) fənni üzrə test imtahanının nəticələri elan olunub.

Bu barədə Qarabaginfo.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İmtahan nəticələrini öyrənmə qaydası

İmtahan nəticələri DİM-in internet səhifəsində yerləşdirilib. Cari ilin məzunları 8 rəqəmli şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), əvvəlki illərin məzunları isə şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

İmtahanda iştirak statistikası

İmtahanda iştirakı nəzərdə tutulan 29182 nəfərdən 477 nəfər imtahana gəlməyib.

Cari il məzunları üçün qiymətləndirmə

Cari ildə məzun olan iştirakçıların toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

Əvvəlki illərin məzunları üçün tələblər

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

İkinci Azərbaycan dili imtahanının qeydiyyat tarixi

Ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 21 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak edə bilərlər. İkinci imtahana qeydiyyat 25 may - 2 iyun tarixlərində aparılacaq.

Xatırladaq ki, ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanından (3 may və ya 21 iyun) məqbul qiymət alan abituriyentlər iştirak edə bilərlər.

Apellyasiya komissiyasına müraciət qaydaları

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 19 may saat 10:00-dan 21 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.



Xəbəri paylaş

27 dəfə oxunub.

Digər xəbərlər