Saytımızı qiymətləndirin


 
 

İlaxır çərşənbənin hava PROQNOZU
Tarix: 13-03-2023 | Saat: 13:20
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

İlaxır çərşənbənin hava PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaqinfo.az-a verilən məlumata görə, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

 

Havanın temperaturu gecə 6-8° isti, gündüz 11°-dək isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin 14-də gündüz bəzi şərq rayonlarında az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə ara bir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə ara bir güclənəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.



Xəbəri paylaş

193 dəfə oxunub.

Digər xəbərlər