Kreml: Ukraynanın Qara dənizdə tankerlərə endirdiyi zərbələr Türkiyənin suverenliyinə qarşı qəsddir
Tarix: 01-12-2025 | Saat: 13:54
Bölmə:Karusel / Dünya | çapa göndər
72 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 01-12-2025 | Saat: 13:54
Bölmə:Karusel / Dünya | çapa göndər
Kremlə aydındır ki, Xəzər Boru Kəməri Konsorsiumuna Ukrayna dronları hücum edib.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Ukrayna vacib infrastruktura hücum etməyə davam edir.
Kremlin sözçüsü vurğulayıb ki, obyekt beynəlxalq əhəmiyyət kəsb etdiyindən Ukrayna dronlarının Xəzər Boru Kəməri Konsorsiumuna hücumu həddən artıq yolverilməz hadisədir.
Peskov Kremlin Xəzər Boru Kəməri Konsorsiumuna dəyən ziyanla bağlı araşdırmanın aparılıb-aparılmadığını bilmədiyini söyləyib.
Putinin sözçüsü Ukraynanın Qara dənizdəki tankerlərə qarşı hücumunu da yolverilməz hadisə adlandırıb: “Bu, Türkiyə Respublikasının suverenliyinə, bu gəmilərin sahiblərinin əmlakına qəsddir”.
Xəbəri paylaş
Digər xəbərlər
20-12-2025, 11:51
“200-ə yaxın plagiat layihə aşkarlanıb”
8-10-2021, 14:29
BNA: "Sentyabrda avtobuslarla 33,6 milyon səyahət qeydə alınıb"
7-06-2022, 13:51
Azərbaycan Ordusunda döyüş atışlı taktiki təlim keçirilib - VİDEO
28-04-2022, 03:41
Səfir: “Yük maşınlarından rüsumun alınmaması qarşılıqlı olmalıdır”
30-03-2022, 06:18
Rusiyada iş həftəsi qısaldıla bilər
14-01-2026, 16:13
Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək
20-04-2022, 11:03
Türkiyə ordusu şəhid verdi
















