Saytımızı qiymətləndirin


 
 

“Ramiz Mehdiyev çox qapalı işləyirdi” - Novruz Məmmədov
Tarix: 20-10-2025 | Saat: 11:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

 “Ramiz Mehdiyev çox qapalı işləyirdi” - Novruz Məmmədov

“Düzünü deyim, bu məsələ ətrafındakı detallarla tanış deyiləm, amma nə baş verdiyini eşitmişəm”.

Qarabaginfo.az xəbər verir ki, bunu Bakıvaxtı.az-a sabiq Baş nazir Novruz Məmmədov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsinə münasibət bildirərkən deyib.

Novruz Məmmədov deyib ki, aidiyyəti orqan bu məsələ ətrafında geniş iş aparıb, prosesi ətraflı öyrənib və ondan sonra əməliyyatı həyata keçirib:

“Hesab edirəm ki, onların verdiyi qərarın əsası var. Çünki Ramiz müəllim vəzifədə olan dövrdə çox qapalı işləyirdi. Onun atdığı addımları asanlıqla görmək, bilmək çətin idi. Buna rəğmən uzun illərdir, PA-da çalışıb”.

Müsahibimiz hesab edir ki, Mehdiyevlə bağlı qərar əsassız ola bilməz. Sabiq Baş nazirə görə, yəqin ki, bu hadisənin baş verməsi bu yolu tutmaq istəyənlərə dərs olacaq.

“Ciddi dövlət strukturlarında, eləcə də bütün vəzifələrdə diqqətli olmaq lazımdır. Hər şeyin üstün örtmək olmaz, olmur”, - deyə Novruz Məmmədov əlavə edib.



Xəbəri paylaş

23 dəfə oxunub.

Digər xəbərlər