Saytımızı qiymətləndirin


 
 

Kadırovun “Axmat” dəstəsi Belqorodda döyüşməyə göndərilib
Tarix: 13-06-2023 | Saat: 14:17
Bölmə:Karusel / Region | çapa göndər

Çeçenistan lideri Ramzan Kadırovun “Axmat” dəstəsi Belqorod vilayətinə göndərilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları yazıb.

“Çeçenistan təxribatçılarla mübarizə aparmaq üçün Belqorod vilayətinə Milli Qvardiyanın, Müdafiə Nazirliyinin və polisin minlərlə döyüşçüsünü göndərə bilər”, – daha əvvəl Çeçenistan lideri Ramzan Kadırov bildirmişdi.

Rusiya Müdafiə Nazirliyi “Axmat” dəstəsinin döyüşçülərinin Rusiya ordusu ilə müqavilə imzaladığını bildirib. Müdafiə naziri Sergey Şoyqu bütün hərbi birləşmələri bunu etməyə məcbur edən fərman verib.

Müdafiə Nazirliyi ilə müqaviləni ilk bağlayan “Axmat” dəstələri olub.



Xəbəri paylaş

1116 dəfə oxunub.

Digər xəbərlər
17-01-2023, 10:09 Naxçıvanda yeni təyinat