Saytımızı qiymətləndirin


 
 

“Qərb bölgəsində intellektual yarış” keçirilib
Tarix: 25-08-2021 | Saat: 11:39
Bölmə:Region / Mədəniyyət | çapa göndər

 

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qərb bölgəsində intellektual yarış” adlı Ağstafa rayonunun 16 məktəbi arasında keçirilən Breyn rinq turnirinin final və 3-cü yeri müəyyən edən yarış mərhələsi baş tutub .

Qarabaginfo.az xəbər verir ki, İ.Salıfov adına Dağkəsəmən kənd 2 saylı orta məktəb və H.Əlizadə adına Köçəsgər kənd 1 saylı orta məktəbinə qalib gələrək turnirin qalibi olub.

N.Həmzəyev adına Göycəli kənd orta məktəb komandası şans oyunu ilə 3-cü yer uğrunda mübarizəyə qatılan F.Kərimov adına Muğanlı kənd orta məktəbinə qalib gələrək 3-cü yeri tutdu.

Turnirin bütün iştirakçıları sertifikatla , yer tutan komandalar həmçinin medalla , ilk yeri tutan komanda isə kubok və hədiyyə kitablarla təltif olunmuşdur . Ümumilikdə isə bir nəfər “Qərb bölgəsində intellektual yarışın ən yaxşı oyunçusu “ adına layiq görülərək hədiyyə və
kitabla təltif olundu.

 






Xəbəri paylaş

1456 dəfə oxunub.

Digər xəbərlər