Saytımızı qiymətləndirin


 
 

Masazırda sahibsiz itlər 65 yaşlı kişini parçaladı — FOTO
Tarix: 20-09-2017 | Saat: 16:44
Bölmə:Problem | çapa göndər


 

Bu barədə Ölkə.Az-a E.Zamanovun oğlu Natiq Eldarov məlumat verib. Onun sözlərinə görə, hadisə qəsəbənin Cantəpə adlanan məhəlləsində baş verib:

"Burada çoxlu sahibsiz itlər var. May ayında yaxınlıqdakı məktəbə də hücum etmişdilər. Hətta 5-6 uşaq da xəsarət almışdı. Amma bu barədə heç yerdə xəbər verilmədi, heç bir tədbir də görmədilər. Dünən də sahibsiz itlər 65 yaşlı atama hücum ediblər. Təzəcə ürək əməliyyatı keçirib, iki dəfə infarkt olub. İtlər atamın başını dişləyib, qollarını parçalayıb. Hazırda "Semaşko"dadır". 

N.Zamanov bildirib ki, sözügedən problemə görə məhəllədəki məktəblilər dərsə getmək istəmirlər:

"Çünki hər an təhlükə var. Xahiş edirəm, bu məsələni ictimailəşdirin. Bəlkə aidiyyatı qurumlar bir tədbir görərlər".  

Mövzunu diqqətdə saxlayacağıq.



Xəbəri paylaş

715 dəfə oxunub.

Digər xəbərlər