Moskvanın 80 kilometrliyində partlayış!.. - Nə baş verir?..
Tarix: 30-06-2022 | Saat: 09:38
Bölmə:Karusel / Region | çapa göndər
1247 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-06-2022 | Saat: 09:38
Bölmə:Karusel / Region | çapa göndər

Ukrayna ərazisində Putin rejiminin “xüsusi hərbi əməliyyat”ı davam edərkən Rusiyada sursat anbarları yanmaqda davam edir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə tanınmış Ukrayna jurnalisti Roman Tsımbalyuk "Facebook" səhifəsində yazıb.
Detallar:
Jurnalistin sözlərinə görə, iyunun 22-də Barsovo kəndində (Vladimir vilayəti) RF Müdafiə Nazirliyinin Baş raket-artilleriya idarəsinin raket, sursat və partlayıcı materialların kompleks saxlandığı arsenalında (55443 saylı hərbi hissə) yanğın baş verib.
“Yanğın zamanı döyüş sursatının partlaması nəticəsində 400-dən çox "9M113 (9M113K)"- “Konkurs” markalı tank əleyhinə raket kompleksi və onlar üçün mərmilər məhv edilib. Həmçinin RF Silahlı Qüvvələrinin 3-dən çox hərbçisi həlak olub” -deyə jurnalist bildirib.
Qeyd olunur ki, sursat partlayışları Moskvadan cəmi 80 km aralıda baş verib.
Bundan bir müddət öncə Rostov vilayətində partlayış səsindən sonra əvvəllər Putinin qızının xaç atası Viktor Medvedçuka məxsus olmuş Novoşaxtinski neft emalı zavodunda yanğın baş verib. Yanğının sahəsi 50 kvadratmetri əhatə edib.

Xatırladaq ki, "Mash" Telegram-kanalının yaydığı məlumat və video-görüntülərə görə, dünən günorta saatlarında Moskvanın Kaşirskoye şossesində avtomobil şinləri olan böyük anbar da yanıb.
Yanğının sahəsi 500 metrdir. Moskvanın müxtəlif yerlərindən qatı tüstü sütunu görünüb. Mütəmadi partlayış səsləri eşidilib...
(moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
5-03-2021, 23:41
Yer kürəsinə beş asteroid yaxınlaşır
18-03-2025, 17:21
Somali prezidentinin korteji partladıldı –VİDEO
21-12-2017, 16:41
“Bu sahədə çox böyük cinayətlər törədilib” - İlham Əliyev
23-09-2020, 14:08
Azad Rəhimov: “Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq”
23-03-2022, 13:37
Füzulidə mülki şəxs minaya düşüb
20-11-2018, 10:14
Azərbaycanın müdafiə naziri Türkiyə və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək
13-04-2022, 00:36
Mikayıl Cabbarov: “Azərbaycanda ərzaq qiymətlərinin qalxması və süni qiymət artımının qarşısının alınmasında qənaətbəxş nəticələr əldə olunub”
11-02-2026, 14:53
Rusiya XİN: ABŞ-la strateji dialoqun vaxtı çoxdan yetişib
10-01-2022, 12:12
ABŞ Suriyada kürd separatçılar üçün zavod tikir
15-05-2022, 22:04
İsveç NATO-ya üzvlük qərarının Rusiyaya qarşı olmadığını bildirir

















