Saytımızı qiymətləndirin


 
 

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdama səfər edib
Tarix: 23-11-2020 | Saat: 18:26
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

 

Azərbaycan Prezidenti: "Düşmən bütün hərbi cinayətlərə görə cavab verəcək"

"Bir dənə də salamat bina yoxdur, hamısını dağıdıblar".

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Birinci xanım Mehriban Əliyeva İnstagram hesabında paylaşım edib.

Birinci xanım Mehriban Əliyevanın paylaşdığı videoda Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlara keçdiklərini, istiqamətin Ağdam şəhəri olduğunu bildirib.

“Ağdam şəhərini və işğal altında olmuş rayonunun torpaqlarını bir güllə atmadan azad etdik. Düşməni döyüş meydanında məğlub edərək, məcbur etdik ki, Ağdam rayonundan çəkilsin”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Prezident İlham Əliyev Ağdama gedən yolda düşmənin müdafiə xətlərini göstərərək deyib ki, Ağdam şəhərinə qədər düşmənin bir neçə müdafiə xətti olub.nu Prezident İlham Əliyev Birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilən Ağdam şəhərinə səfəri zamanı deyib. 

Prezident bildirib ki, düşmən evlərimizi, kəndlərimizi dağıdıb, torpaqlarımızdan istifadə edib: "Bütün hərbi cinayətlərə görə düşmən cavab verəcək. Ağdam şəhərinə də biz jurnalistləri, o cümlədən xarici jurnalistləri, diplomatik korpus nümayəndələrini dəvət edəcəyik. Qoy, gəlsinlər, görsünlər".

 



Xəbəri paylaş

378 dəfə oxunub.

Digər xəbərlər