Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın görüşdən imtina etməsi təqdirəlayiqdir
Tarix: 04-10-2023 | Saat: 18:20
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycanın görüşdən imtina etməsi təqdirəlayiqdir

 

Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın Qranada şəhərindəki görüşdən imtina etməsini təqdir edir.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

 

O qeyd edib ki, Avropa liderlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) görüşə qatılmasına etirazları qəbuledilməzdir.

 

AKP rəsmisi vurğulayıb ki, Fransa uzun müddət Ermənistanı müdafiə edib. Fransanın beştərəfli görüşdə iştirak etməsi, Türkiyənin iştirak etməməsi yolverilməzdir. Azərbaycan Prezidenti də bununla bağlı mövqeyini ortaya qoydu”.

 

Onun sözlərinə görə, Fransa hələ də Ermənistanın işğalçı olduğunu demir: “Azərbaycan isə öz işini çoxdan həll edib. Artıq Qarabağ məsələsi həllini tapıb”.

 

Qeyd edək ki, Azərbaycan Qranada görüşündə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib, bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib. Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havası formalaşıb. Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin dünənki Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib. Buna görə Azərbaycan görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.



Xəbəri paylaş

1220 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır