Tarix: 01-12-2017 | Saat: 10:23
Bölmə:Manşet / Karusel / Sosial | çapa göndər
Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə dövlət rüsumunun məbləği müəyyənləşib.
“Qarabaginfo”nun Modern.az-a istinadən məlumatına görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna 14.1-1 (Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə) yeni maddə əlavə edilib.
Yeni maddəyə əsasən, 14.1-1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə
14.1-1.1. on iş günü müddətində verildikdə
14.1-1.1.1. bir yaşınadək uşaqlar üçün - 20 manat;
14.1-1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün - 30 manat;
14.1-1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 40 manat;
14.1-1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara - 50 manat;
14.1-1.2. beş iş günü müddətində verildikdə
14.1-1.2.1. bir yaşınadək uşaqlar üçün - 30 manat;
14.1-1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün - 50 manat;
14.1-1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 70 manat
14.1-1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara - 90 manat;
14.1-1.3. bir iş günü müddətində verildikdə
14.1-1.3.1. bir yaşınadək uşaqlar üçün - 50 manat;
14.1-1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün - 90 manat;
14.1-1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün -130 manat;
14.1-1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara - 170 manat;
Həmçinin qanuna yeni 33-3 (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri) maddə əlavə olunur.
33-3.1. Hüquqi şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə
33-3.1.1. üç iş günü müddətində verildikdə - 20 manat;
33-3.1.2. yeddi iş günü müddətində verildikdə - 10 manat;
33-3.2. Fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə
33-3.2.1. üç iş günü müddətində verildikdə - 10 manat;
33-3.2.2. yeddi iş günü müddətində verildikdə - 5 manat;
Bundan əlavə qanuna 33-4 (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə tutulan dövlət rüsumunun ödənilməsindən azadolmalar) adlı yeni maddə əlavə edilir.
Yeni maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışları, arxiv sənədlərindən çıxarışlar, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin bu Qanunun 33-3-cü maddəsində nəzərdə tutulanlardan artıq müddətdə verilməsi üçün dövlət rüsumu tutulmur.
Qanun layihəsi Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirə ediləcək.
Digər xəbərlər