Ana Sayfa > Manşet / Karusel / Sosial > Xarici pasportunu itirənlərin ödəyəcəyi cərimələr
Xarici pasportunu itirənlərin ödəyəcəyi cərimələr1-12-2017, 10:23. Yazar: Admin |
Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə dövlət rüsumunun məbləği müəyyənləşib. “Qarabaginfo”nun Modern.az-a istinadən məlumatına görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna 14.1-1 (Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə) yeni maddə əlavə edilib. Yeni maddəyə əsasən, 14.1-1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə 14.1-1.1. on iş günü müddətində verildikdə 14.1-1.1.1. bir yaşınadək uşaqlar üçün - 20 manat; 14.1-1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün - 30 manat; 14.1-1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 40 manat; 14.1-1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara - 50 manat; 14.1-1.2. beş iş günü müddətində verildikdə 14.1-1.2.1. bir yaşınadək uşaqlar üçün - 30 manat; 14.1-1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün - 50 manat; 14.1-1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 70 manat 14.1-1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara - 90 manat; 14.1-1.3. bir iş günü müddətində verildikdə 14.1-1.3.1. bir yaşınadək uşaqlar üçün - 50 manat; 14.1-1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün - 90 manat; 14.1-1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün -130 manat; 14.1-1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara - 170 manat; Həmçinin qanuna yeni 33-3 (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri) maddə əlavə olunur.
Geri dön |