Saytımızı qiymətləndirin


 
 

Prezident: “Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində çox vacib rol oynayır”
Tarix: 01-06-2022 | Saat: 10:55
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

Prezident İlham Əliyev

Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə investisiya yatırıb və daxili bazarın tələbatını tam təmin edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə bu gün Bakı Enerji Həftəsi çərçivəsində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində çox vacib rol oynayır.

“Bu, bizim müstəqilliyimizin ilk illərində belə deyildi”, - Prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, artıq 27-ci dəfə keçirilən Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisi qlobal enerji oyunçularının diqqətini Azərbaycana çəkməkdə vacib rol oynayır.



Xəbəri paylaş

1179 dəfə oxunub.

Digər xəbərlər