Saytımızı qiymətləndirin


 
 

Bu işçilərin maaşına əlavələr edildi - Sərəncam
Tarix: 14-04-2020 | Saat: 16:40
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

 

Bu işçilərin maaşına əlavələr edildi

 

Azərbaycan Prezidenti İlham Əliyev xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb. 

Qarabaginfo.az xəbər verir ki, sərəncamda deyilir:

1. Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 1 (bir) misli miqdarında müddətli əlavə müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı işçilərin əhatə dairəsini və əlavənin ödənilmə müddətini müəyyən etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.



Xəbəri paylaş

658 dəfə oxunub.

Digər xəbərlər