İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək
Tarix: 19-04-2022 | Saat: 14:54
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər
335 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-04-2022 | Saat: 14:54
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər

Azərbaycan Respublikası Prezidenti 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.
Qarabaginfo.az xəbər verir ki, Sərəncamla 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1 500,0 (bir min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750,0 (yeddi yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə:
2.1. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,5 milyon (üç milyon beş yüz min) manat vəsait ayrılsın;
2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş vəsaitin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etsin;
2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbəri paylaş
Digər xəbərlər
14-10-2021, 14:12
Deputatın erməni dili ilə bağlı fikri tənqid olundu
28-05-2025, 09:59
Laçındakı Ağoğlan kilsəsinin bərpası ilə bağlı təkliflər verilib
25-05-2021, 14:24
"Azərbaycanlılar Qorayk istiqamətində müəyyən irəliləyiş əldə ediblər" - Sünikin keçmiş valisi
31-01-2022, 16:39
Son sutkada 1-ci doza vaksin vurduran olmayıb
19-08-2024, 11:32
Rayonlara yağış yağıb - FAKTİKİ HAVA
7-03-2023, 11:50
Dərmanların keyfiyyəti narahatlıq yaradır - Ombudsman
20-11-2024, 10:07
Çörək verdik, mərmi atdılar...
31-10-2021, 23:12
Ərdoğan: “Cənab Baydenin Türkiyəyə F-16-lar verilməsi mövzusuna müsbət yanaşdığını gördüm”
27-01-2023, 15:37
Moskvada helikopter qəzaya uğradı